Aşıqlar Birliyinin rəhbərliyi Aşıq Ədalətə baş çəkib

Əməkdar İncəsənət Xadimi, ustad sənətkar Ədalət Nəsibov Azərbaycan aşıq sənətinin cağdaş dövrümüzdə yaşayan canlı klassikidir. Birlikdən “Olaylar” – a verilən məlumata görə, son dövrdə ustad sənətkarın səhhətində yaranmış problemlə əlaqədar Türkiyədə müayinə olunduqdan sonra Vətənə qayıdan ustad sənətkarın müalicəsi hazırda öz evində davam etdirilir. Azərbaycan Aşıqlar Birliyi yenə də Dədə Ədalətə öz həssas münasibətini göstərir. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, iyunun 20-də AAB-nin sədri, əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, təşkilati işlər üzrə katib Altay Məmmədli, əməkdar Mədəniyyət İşçisi Samirə Əliyeva və AAB gənclər şurasının sədri Əli Tapdıqoğlu Ədalət Nəsibova baş çəkib, onun səhhəti və müalicəsinin gedişi ilə maraqlanıblar.

Əməkdar İncəsənət Xadimi, ustad sənətkar Ədalət Nəsibov Azərbaycan aşıq sənətinin cağdaş dövrümüzdə yaşayan canlı klassikidir. Birlikdən "Olaylar" - a verilən məlumata görə, son dövrdə ustad sənətkarın səhhətində yaranmış problemlə əlaqədar Türkiyədə müayinə olunduqdan sonra Vətənə qayıdan ustad sənətkarın müalicəsi hazırda öz evində davam etdirilir.

Azərbaycan Aşıqlar Birliyi yenə də Dədə Ədalətə öz həssas münasibətini göstərir. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, iyunun 20-də AAB-nin sədri, əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, təşkilati işlər üzrə katib Altay Məmmədli, əməkdar Mədəniyyət İşçisi Samirə Əliyeva və AAB gənclər şurasının sədri Əli Tapdıqoğlu Ədalət Nəsibova baş çəkib, onun səhhəti və müalicəsinin gedişi ilə maraqlanıblar.

Görüşdən sonra M.Qasımlı deyib: "Ə.Nəsibovun səhhətində yaranmış problem ciddi olsa da, Allah böyükdür və ondan ümidi kəsmək olmaz, müalicəsi davam etdirilir və biz arzu edirik ki, o, tezliklə sağalıb yenidən sənət aləminə qayıdaraq bənzərsiz ifaları ilə pərəstişkarlarını sevindirsin" - deyə, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31