Dünya şöhrətli alim Qərb Universitetində mühazirələr deyəcək
Dünya şöhrətli riyaziyyatçı alim, fizika-riyaziyyat elmlər doktoru, professor Məsud Əfəndiyev Qərb Universitetində mühazirələr deyəcək. Bunu “Olaylar” – a açıqlamasında M.Əfəndiyev bildirib. Professor deyib ki, onun Qərb Universiteti ilə çoxspektrli əməkdaşlığı nəzərdə tutulur və bu əməkdaşlıq çərçivəsində tələbə və müəllimlər üçün mühazirələrlə yanaşı, universitet tələbələrinin Almaniyanın və Avropanın digər ölkələrində uzun və qısamüddətli təhsil proqramlarında iştirakına dəstək göstəriləcək.
21 İyun 2017 15:56 SosialDünya şöhrətli riyaziyyatçı alim, fizika-riyaziyyat elmlər doktoru, professor Məsud Əfəndiyev Qərb Universitetində mühazirələr deyəcək. Bunu "Olaylar" - a açıqlamasında M.Əfəndiyev bildirib. Professor deyib ki, onun Qərb Universiteti ilə çoxspektrli əməkdaşlığı nəzərdə tutulur və bu əməkdaşlıq çərçivəsində tələbə və müəllimlər üçün mühazirələrlə yanaşı, universitet tələbələrinin Almaniyanın və Avropanın digər ölkələrində uzun və qısamüddətli təhsil proqramlarında iştirakına dəstək göstəriləcək.
Məlumat üçün bildirək ki, M.Əfəndiyev dünyanın bir çox aparıcı universitetlərində mühazirələrlə çıxış edir. Azərbaycanlı alim dünya elmində ən yüksək təltiflərdən ("kiçik Nobel mükafatı") sayılan"Aleksander fon Humboldt" mükafatının ilk azərbaycanlı laureatıdır.