Siyasi plüralizmin Azərbaycan modeli dünya üçün örnəkdi

Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratiyanın inkişaf etdirilməsi, onun tələb etdiyi prinsiplərin qorunması, təmin edilməsi istiqamətində zəruri addımlar atır, onu başlıca prioritet hesab edir. Hər kəsə məlumdur ki, demokratiyanın başlıca prinsipləri də fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunmasıdır.  Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının ən yüksək səviyyədə təmin edildiyini mübaliğəsiz şəkildə söyləmək mümkündür. Bu gün ölkədə yüzlərlə gündəlik və həftəlik qəzetlərin işıq üzü görməsi, istər paytaxt, istərsə də regionlarda müstəqil televiziya kanallarının fəaliyyət göstərəməsi, dövlətin, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinə, onların azad və müstəqil şəkildə fəaliyyətinə göstərdiyi diqqət və qayğı, bu sahənin inkişafı məqsədilə ayrılan dövlət vəsaiti belə deməyə əsas verir.

Səbuhi Abbasov: "Paytaxt Bakı siyasi plüralizm meydanına çevrilib"

"Bu bir daha onu göstərir ki, ölkəmiz müasir dünya çağırışlarına adekvat olaraq siyasi plüralizmi dövlət siyasətinin ana xətti kimi qəbul edir"

Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratiyanın inkişaf etdirilməsi, onun tələb etdiyi prinsiplərin qorunması, təmin edilməsi istiqamətində zəruri addımlar atır, onu başlıca prioritet hesab edir. Hər kəsə məlumdur ki, demokratiyanın başlıca prinsipləri də fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunmasıdır.  Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının ən yüksək səviyyədə təmin edildiyini mübaliğəsiz şəkildə söyləmək mümkündür. Bu gün ölkədə yüzlərlə gündəlik və həftəlik qəzetlərin işıq üzü görməsi, istər paytaxt, istərsə də regionlarda müstəqil televiziya kanallarının fəaliyyət göstərəməsi, dövlətin, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinə, onların azad və müstəqil şəkildə fəaliyyətinə göstərdiyi diqqət və qayğı, bu sahənin inkişafı məqsədilə ayrılan dövlət vəsaiti belə deməyə əsas verir.

Demokratiyanın digər bir mühüm göstəricilərindən biri də plüralizmdir. Bu sahədə də Azərbaycanda vəziyyətin kifayət qədər qənaətbəxş olduğunu açıq söyləyə bilərik. Bu gün Azərbaycanda həm siyasi, həm dini, həm də mədəni plüralizmin mövcud olduğunu, ona yüksək səviyyədə əməl edildiyini qətiyyətlə söyləmək mümkündür. Hətta konkret misallarla da bunu sübuta yetirmək olar. Təkcə bir faktı qeyd edək ki, müntəzəm olaraq Azəbaycanda mədəniyyətlərarası və dinlərarası forumların keçirilməsi, ən son Bakıda IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili ölkəmizdə dini plüralizmin mövcudluğunun göstəricisidir.  Eyni müsbət tendensiya siyasi plüralizmdə də özünü göstərir. Ölkədə çoxsaylı partiyaların mövcudluğu, həmin siyasi partiyaların müxtəlif təmayüllü və siyasi görüşlü olması, qanunverici orqan sayılan Milli Məclisdə onlarla partiyanın təmsil olunması, D0övlət Büdcəsindən partiyalara vəsaitin ayrılması bütün bunların bariz nümunəsidir. Elə Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Səbuhi Abbasov ölkədə siyasi plüralizmin vəziyyəti, bu istiqamətdə atılan müsbət addımlar və s. barədə danııb.

-Səbuhi bəy. demokratik cəmiyyətlərin başlıca göstəricilərindən biri də siyasi plüralizmdir. Bu sahədə Azərbaycanda hazırkı vəziyyət necədir və siyasi plüralizm mövcuddurmu?

-Hesab edirəm biz ilk növbədə siyasi plüralizmin mahiyyəti ilə bağlı suala aydınlıq gətirməliyik. Siyasi plüralizm müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsi deməkdir. Azərbaycanda həm vətəndaş cəmiyyəti, həm də hüquqi dövlət quruculuğu çətin sınaqlardan keçərək uzun bir yol qət edib. Bir-biri ilə üzvi surətdə bağlı olan bu məfhumlar hər yerdə paralel fəaliyyət göstərir və inkişaf edir. Sözsüz ki, vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğunda müstəsna rol oynayır. Təbiətinə görə plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır, proseslər nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişaf edir. Plüralizm nəticəsində sosial-siyasi baxışların, əlaqələrin sayı artır ki, bu əlaqələrdən, istiqamətlərdən hər biri öz müxtariyyatına doğru inkişaf etməyə başlayır. Plüralizm mədəniyyətdir. Plüralizm cəmiyyətdə müxtəlif ideologiya və fikirlərin olmasıdır. Plüralizm monotonluğu, vahid ideologiya və fikrin hegemonluğunu, bütün cəmiyyətə təlqin və məcbur edilməsini rədd edir. Plüralizm insanların azad düşünməsini, hadisələr barədə öz fikrinin olmasını dəstəkləyir.

-Azərbaycanda siyasi plüralizmin mövcudluğu daha çox necə özünü büruzə verir və hansı cəhətlərinə görə, belə əminliklə deyər bilərik ki, Azərbaycanda siyasi plüralkizm var?

-Siyasi plüralizmin bir cəmiyyətdə mövcudluğunu, uğurlu inkişafını təsdiqləyən ən vacib və yeganə faktor ictima-siyasi təsisatların tam sərbəst fəliyyətindən ibarətir. Ölkəmizdə mövcud olan bütün siyasi təsisatların cəmiyyətə, qurumlara birbaşa çıxış imkanı var. Siyasi partiyalar, qeyri-hökumət təşkilatları heç bir maneə ilə üzləşmədən layihələrini həyata keçirir, müxtəlif təşəbbüslər irəli sürürlər. Bugün ölkəmizdə həm siyasa patiyalara aid, həm də müstəqil şəkildə yüzlərlə media orqanı fəaliyyət göstərir. QHT-lər həm ölkədaxili, həm də ölkəxarici donorlardan yararlanırlar. Vətəndaş cəmiyyəti quruculuğunda bütün spektirlərin iştirakı təmin olunub. Yuxarıda sadaladığım bütün məqamlar bütövlükdə siyasi plüralizmi qidalandırır.

-Bu gün parlamentin tərkibi, parlamentdə təmsil olunan partiyalara maddi yardımın ayrılması fonunda da siyasi plüralizmin mövcud olduğunu söyləmək olarmı?

-Ölkəmizdə mövcud olan siyasi plüralizm mühitini təsdiq edən əsas məqam siyasi partiyaların normal fəaliyyəti məqsədilə dövlət tərəfindən maddi təminatın təşkilidir ki, bu da "Siyasi partiyalar haqqında Qanun"da öz əksini tapıb. Qanunun IV fəslinin 17-ci maddəsində göstərilir ki, siyasi partiyaların fəaliyyəti bu Qanuna uyğun olaraq dövlət büdcəsindən ayırmalar və əldə etdikləri digər vəsaitlər hesabına maliyyələşdirilir. Eyni zamanda qanunun həmin maddəsində siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması məsələsi də qeyd edilir. Qanunda göstərilir ki, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Həmin vəsait dövlət büdcəsində ayrıca sətirlə göstərilir. Müsbət məqam ondan ibarətdir ki, məhz burada da plüralizm prinsipləri qorunur. Daha dəqiq desək Azərbaycanda siyasi plüralizmin mövcud olduğu təkcə sözdə deyil, eləcə də "Siyasi partiyalar haqqında Qanun"un qeyd edilən maddələrində də açıq şəkildə ifadə edilir. Dövlət tərəfindən siyasi partiyalara maddi yardəm ayrılanda da dünya təcrübəsi, demokratik prinsiplər qorunur, başlıca meyar kimi nəzər alınır.

-Partiyaların tutduğu xətt, nümayiş etdirdikləri siyasi mövqe bu sırada nə dərəcədə nümunə rolunu oynayır. Yəni ölkədə müxtəlif yönlü partiyaların fəaliyyət göstərməsi də siyasi plüralizmdən xəbər vermirmi?

-Bu birmənalı şəkildə belədi. Əslində ölkədə siyasi plüralizm olmadan hər hansı siyasi təsisatın fəliyyətindən söhbət belə gedə bilməz. Hər bir siyasi partiya və birlik mövcud şəraitdə heç nədən çəkinmədən, ehtiyyat etmədən öz fikrini, mövqeyini cəmiyyətə çatdıra bilir, öz yanaşma, baxışlarını, bu və ya digər məsələlərə olan münasibətini ortaya qoyur. Bunun özü də heç şübhəsiz ki, siyasi plüralizmin mövcudluğunun göstəricisi sayıla bilər. Siyasi partiyalar və birliklərə verilən bu hüquqlar elə "Siyasi partiyalar haqqında Qanun"da da təsbit olunub. Qanunda qeyd edilir ki, siyasi partiyalar məqsədləri və fəaliyyəti barədə məlumatları sərbəst yaymaq, ideyalarını, məqsədlərini və proqramlarını təbliğ etmək, könüllülük əsasında birləşib siyasi bloklar, ittifaqlar, federasiyalar, birliklər yaratmaq, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin və yerli özünüidarəetmə orqanlarının seçkilərində, habelə ümumxalq səsverməsi - referendumlarda iştirak etmək, dövlət orqanları tərəfindən normativ hüquqi aktların layihələrinin hazırlanmasına dair təkliflər vermək hüquqlarına malikdir.

-Bəs digər ölkələrlə, xüsusilə region ölkələri ilə müqayisədə Azərbaycan bu sahədə hansı yerdə qərarlaşıb?

-Müstəqillik əldə etdikdən sonra, xüsusən də Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra regionda ölkəmiz bütün sahələr üzrə liderliyi ələ almağa başladı. Bugün Azərbaycan regionda baş verən bütün siyasi proseslərin mərkəzində dayanır. Mən hətta deyərdim ki, bugün siyasi plüralizmin Azərbaycan modeli dünya üçün örnəkdi. Paytaxt Bakı siyasi plüralizm meydanına çevrilibdir. Bu bir daha onu göstərir ki, ölkəmiz müasir dünya çağırışlarına adekvat olaraq siyasi plüralizmi dövlət siyasətinin ana xətti kimi qəbul edir.

-Sizcə, siyasi plüralizmdən də partiyalar səmərəli istifadə edirlərmi, yoxsa bu sahədə də sui-istifadə hallarına yol verilir?

-Bilirsiniz, bu bir qədər mübahisəli məqamdır. Məsələ ondan ibarətdir ki, bəzi siyasi partiyalar öz yaranışına görə belə hansısa xarici anti-azərbaycan qüvvələrinə "borculudurlar". Onlar üçün siyasi plüralizm, demokratik dəyərlər, dövlət, dövlətçilik faktorları tamamilə arxa plandadır. Bu ümumi siyasi mənzərənin cuzi bir hissəsini təşkil edir. Bugün parlamentdə təmsil olunan siyasi partiyaların mütləq əksəriyyəti siyasi plüralizm mühitindən yararlanaraq ölkəmizin inkişafı naminə fəliyyət göstərməkdədirlər. Bu isə demokratik dəyərlərin qorunmasına mühm bir tövhədir. Eyni zamanda bu rəqabətlilik mühitinin sağlam şəkildə qorunmasına gətirib çıxarır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31