Türkiyə, Rusiya, İsrail və İran yeni alyans yaradır?

Dünya tarixi ilə yaxından maraqlanan hər kəs deyə bilər ki, Yaxın Şərq yer kürəsinin ən mürəkkəb geosiyasi bölgəsi olaraq çıxış edir.Uzun illərdir ki, bu bölgə dayanmadan mürəkkəb siyasi və hərbi böhranlardan heç bir şəkildə xilas ola bilmir. Bu bölgədə zaman məhfumu Qərb, yaxud Uzaq Şərqlə müqayisədə fərqli bir şəkildə qəbul edilir, hər növ münaqişə və böhran isə başqa müstəvilərə keçərək yüz illər boyunca davam edərək yeni, daha mücərrəd siyasi hadisələrin meydana gəlməsinə zəmin yaradır. Bəzi hallarda bu bölgə çox böyük və bir-biri ilə əlaqəsi olmayan bir neçə münaqişəyə səhnə ola bilir. Ancaq yaxından baxdıqda bu vəziyyətin eyni böyük bir tablonun kiçik parçaları olduğu anlaşılır. Çox vaxt Yaxın Şərqdəki vəziyyəti müşahidə edərkən siyasətin tarixi yaratdığı qənaətinə gəlmək olar. Ancaq şərqşünasların ifadəsinə görə Yaxın Şərqdə tarix heç bir vaxt bitmək bilmir, burada tarix daimi olaraq yaradılır, yaşanır.

ABŞ  Yaxın Şərqdə təklənə bilər

Dünya tarixi ilə yaxından maraqlanan hər kəs deyə bilər ki, Yaxın Şərq yer kürəsinin ən mürəkkəb geosiyasi bölgəsi olaraq çıxış edir.Uzun illərdir ki, bu bölgə dayanmadan mürəkkəb siyasi və hərbi böhranlardan heç bir şəkildə xilas ola bilmir. Bu bölgədə zaman məhfumu Qərb, yaxud Uzaq Şərqlə müqayisədə fərqli bir şəkildə qəbul edilir, hər növ münaqişə və böhran isə başqa müstəvilərə keçərək yüz illər boyunca davam edərək yeni, daha mücərrəd siyasi hadisələrin meydana gəlməsinə zəmin yaradır. Bəzi hallarda bu bölgə çox böyük və bir-biri ilə əlaqəsi olmayan bir neçə münaqişəyə səhnə ola bilir. Ancaq yaxından baxdıqda bu vəziyyətin eyni böyük bir tablonun kiçik parçaları olduğu anlaşılır. Çox vaxt Yaxın Şərqdəki vəziyyəti müşahidə edərkən siyasətin tarixi yaratdığı qənaətinə gəlmək olar. Ancaq şərqşünasların ifadəsinə görə Yaxın Şərqdə tarix heç bir vaxt bitmək bilmir, burada tarix daimi olaraq yaradılır, yaşanır.

Donald Trampın bir neçə gün əvvəlki Səudiyyə Ərəbistanı və İsrailə gerçəkləşdirdiyi ilk xarici səfərini təhlil etsək, bu fikirlərin böyük ölçüdə gerçək olduğunu da dərk edə bilərik. Səfərdən əvvəl Tramp Pentaqona Yaxın Şərqdəki yeni strategiyanın planlanması üçün 30 gün vaxt verdi. Bu planın əsas maddəsini İŞİD ilə mübarizə strategiyası təşkil etməli idi. Müdafiə naziri Ceyms Mattisin qısa zaman ərzində bir plan hazırlayaraq Trampa təqdim etdiyi güman edilir. Bəzi Qərb KİV- lərinin mülahizələrinə görə, Donald Trampın layihəsində ABŞ-ın  ən yaxın müttəfiqləri olaraq Səudiyyə Ərəbistanı və İsrail çıxış etməlidir. Az vaxt içində isə ABŞ prezidenti İranı beynəlxalq terrorizmə dəstək verməkdə ittiham edərək  İŞİD, Hizbullah və XAMAS kimi təşkilatlar haqqında "xaos yaymaq istəyən gürühlar " kimi ümumi cümlələr işlətməklə  kifayətləndi. Bir neçə gün sonra isə Ərəb Dünyası Qətərə boykot elan etdi.

Trampın sözü ilə Yaxın Şərqdəki ən əsas müttəfiqi Səudiyyə Ərəbistanının hal-hazırda İranla bilavasitə münaqişəyə girmədiyi halda bu iki güc arasında Yəmən və Suriya cəbhəsində isti təmasları davam etməkdədir. Münaqişə yüksələn müstəvidə inkişaf edir və artıq döyüş əməliyyatları raket, təyyarə və hərbi gəmilərin iştirakı ilə daha iri miqyaslı münaqişə şəklini almaq yolundadır. Bu isə ABŞ tərəfindən İranla imzalanan Nüvə Proqramı anlaşmasını pozmaq üçün bəhanə olaraq istifadə edilə bilər. Ancaq göründüyü kimi Donald Trampın Yaxın Şərq strategiyasında, xüsusən Suriya münaqişəsində böyük qüvvələrlə iştirak etmə niyyəti yoxdur. Rakka əməliyyatında da ABŞ PYD -yə silah verməklə, hava dəstəyi ilə və az saylı xüsusi təyinatlı birliklərin cəlb edilməsi ilə iştirak etməyi planlayır.

Münaqişəni diqqətlə izləyən əsas tərəflərdən birisi də İsraildir. İsraili əsas narahat edən məsələ İranı Hizbullahla Suriya üzərindən bağlayan nəqliyyat dəhlizinin meydana gəlməsidir. Təl -Əviv öz hüdudları yaxınlığında Hizbullahın və İranın yalnız ünsürlərinin meydana gəlməsinə çox sərt reaksiya verir. Son zamanlar Suriyanın cənubunda baş vermiş hava zərbələri buna bir örnək ola bilər. Ankara, Vaşinqton, Moskva, Təl-Əvivin bu istiqamətdəki siyasəti bir çox dəyişən faktordan asılıdır. İstisna deyil ki, yaxın zamanlarda ölkənin bir çox yerində təşkil ediləcək atəşkəs zolaqlarının Cənub istiqamətində İranla Hizbullah olmayacaq . Bəzi mülahizələrə görə bu Ankaranın, Tehranın və Moskvanın bəzi maraqlarının üst- üstə düşməsi halında mümkün ola bilər. Bu maraqlar dairəsinə bilavasitə, yaxud dolayı yollarla olsa da Bəşər Əsəd də daxil edilə bilər. Bəzi siyasi analitiklərin fikrinə görə, İsrail bunun əleyhinə deyil. Begin -Sədat Strateji Araşdırmalar mərkəzinin müdiri Efraim Karaşın təxminlərinə görə İsrail Əsədlə Cölən Təpələri məsələləsində anlaşmaya cəhd edəcək: "Təpələrdə tam olaraq İsrailin nəzarəti təmin ediləcək və bölgədə İranla Hizbullahı buradan uzaq tutacaq bufer zolağı yaradılacaq. Təl- Əvivin əsas məqsədi İranı öz sərhədlərindən uzaq tutmaqdır, Suriyadan çıxarmaq deyil."

Bölgənin ən əsas siyasi gücü olan Türkiyə bu halda necə hərəkət edə bilər? Bu münaqişədə öz gücü ilə hərəkət edəcək iki siyasi aktyor var ki, bunlar da Türkiyə ilə Rusiyadır. Türkiyə bizə görə öz təhlükəsizliyini kimdənsə yardım almayaraq təmin etmək məcburiyyətindədir. Prezident Rəcəb Tayib Ərdoğanın dediyi kimi ABŞ özünü Türkiyəyə qarşı münasibətdə heç də strateji müttəfiq kimi aparmır. Son zamanlar baş verən hadisələr də açıq şəkildə onu deməyə imkan verir ki, Vaşinqton öz müttəfiqi Ankaraya qarşı heç də səmimi hərəkət etmir. ABŞ-ın Suriyanın Şimal Şərqindəki son addımları onu deməyə imkan verir ki, Vaşinqton burada müstəqil Kürdüstan dövləti qurmaq niyyətindədir. Bu isə üç dövlətin-Türkiyə, Suriya və İraqın ərazilərinin qoparılması ilə mümkün ola bilər. Xatırladaq ki, Türkiyə bu bölgədə sadəcə öz ərazi bütövlüyünün deyil, həmçinin Suriyanın, İraqın və İranın ərazi bütövlüyünün təminatçısı kimi çıxış edir. Əgər Qərb 1947-48-ci illərdəki kimi burada fələstinlilərin torpaqlarında İsraili qurduğu kimi yeni dövlət qura biləcəyini düşünürsə, böyük ölçüdə yanılmaqdadır.

Birincisi, Qərb 70 il əvvəlki kimi güclü deyil ki, gedib istədiyi yeri işğal etsin. (İraqdan, Əfqanıstandan tumanlarını tutub necə qaçdıqlarını gördük). İkincisi, qarşılarında paslı tüfənglər ilə silahlanmış bədəvi ordusu durmayıb, min illərin Turan dövlətçilik təcrübəsinə sahib olan, dünyanın ən güclü ordularından birinə sahib olan  və ən əsas da öz Vətəni üçün canından keçməyə hazır xalqı olan Tükiyə Cümhuriyyəti durub. Türkiyənin, Rusiyanın və İranın maraqlarında gələcəkdə tam bütöv olan bir unitar Suriya var. ABŞ isə Suriya dövlətinin qalıqları üstündə federativ bir dövlət qurmaq niyyətindədir. Bəli, Suriyanın torpaq bütünlüyünü müdafiə etmək vəzifəsi çox çətin olsa da, əsasən Türkiyənin üzərinə düşür. Suriyanın torpaq bütünlüyünün qorunması hal- hazırda  Ankaranın əsas strateji hədəflərindən biri olmalıdır. ABŞ-ın bölgədəki böyük oyununu Ankara, Moskva və Tehranla əməkdaşlıq edərək poza bilər. Çünki yaxın vaxtda Suriyanın parçalanması İranın da, Türkiyənin də daxilində qeyri-stabilliyə yol aça bilər. Müəyyən vaxtdan sonra Qərb Türkiyə və İran ərazisindəki milli azlıqlardan istifadə edərək bu dövlətləri də parçalamağa cəhd edə bilər. Uzaq vədədə isə bu oyun Rusiyaya qarşı da tətbiq edilə bilər.

Beləliklə bu üç dövlətin əsas məqsədi bir şəkildə Suriyanın torpaq bütünlüyünü həm hərbi, həm də siyasi yolla qorumaqdır. Daha sonra İraqdaki vəziyyətə də müdaxilə edilə bilər, çünki bölgənin təhlükəsiz vəziyyətə gəlməsi üçün İraqın unitar dövlət kimi var olması zəruridir. Bu Türkiyə ilə İranın bütünlüyü üçün vacib amildir. İraq uzun müddət qeyri-sabitliyin qaynağı olaraq qala bilməz. Beləliklə, Trampın Yaxın Şərq səyahətinin nəticəsində bu bölgədə Amerikanın strategiyasından fərqli olan bir geopolitik alyans meydana gələ bilər. Ankara, Moskva, Tehran və Təl- Əviv Suriya münaqişəsinin həllində eyni səfdə yer ala bilərlər. Bizə görə bu alyans ciddi şəkildə təsirli ola bilər. Hadisələrin bu məcrada davam etməsi  ABŞ-ı Yaxın Şərqdə yalqızlığa məhkum edir. Əsas məsələ doğru müttəfiqi seçməkdir. Bizə görə Vaşinqton yanlış müttəfiq seçib.

Mehdi Səlimov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31