ƏMDK “ASAN xidmət” vasitəsilə ilə hərraclar keçirəcək
İyunun 20-də Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
21 İyun 2017 14:39 Sosialİyunun 20-də Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb. "Olaylar" xəbər verir ki, iştirakçılar əvvəlcə Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki yeniliklər, daşınmaz əmlakın qeydiyyatının optimallaşdırılması və yeni yanaşmalara əsasən yaradılmış ünvan reyestri sisteminin vahid mərkəzdən idarə edilməsi imkanları, proqram təminatları və bu sahədə tətbiq edilən innovasiyalarla tanış olublar. Müasir çağırışlara əsasən yaradılan "Əmlakın qeydiyyatı kalkulyatoru", "Elektron çıxarış", "Elektron hərrac", "AzNav" Naviqasiya sistemi kimi layihələr və onların istifadə qaydaları əyani olaraq nümayiş etdirilib. Xidmətləri operativ olaraq çatdırılmasını təmin edən bu yeniliklərin iş prinsipi canlı olaraq izlənilib. Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı görülən işlər də nümayiş olunub. Sonra Kərəm Həsənov və İnam Kərimov iki qrum arasında göstərilən xidmətlər sahəsində məmnunluğun, şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi ilə bağlı əməkdaşlığa dair memorandum imzalayıblar. Memerandumda "ASAN xidmət" vasitəsilə ilə birgə özəlləşdirmə, hərraclar, Komitə tərəfindən göstərilən digər xidmətlər sahəsində yeni layihələrin reallaşdırılması, Komitə ilə Agentlik arasında mümkün məlumat bazalarının inteqrasiyasının həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsələləri əksini tapır. Həmçinin sənəddə xidmətlərin keyfiyyətinin, səmərəliliyinin artırılması üçün tərəflərin həyata keçirdiyi müxtəlif layihələr, həmçinin göstərilən xidmətlər zamanı Dövlət Agentliyinin "Master 2" layihəsi çərçivəsində könüllülərin cəlb edilməsi, hər iki qurumdan toplanmış məlumatların müasir çağrışlara uyğun olaraq təhlili və hesabatların hazırlanması üçün işçi qrupunun yaradılması və digər əməkdaşlıq istiqamətləri qeyd edilib.