Sabirabad sahibkarları üçün yeni imkan

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabirabad rayonunun Ulacalı kəndində işgüzar forum keçirib. İqttisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sahibkarlardan bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabirabad rayonunun Ulacalı kəndində işgüzar forum keçirib. İqttisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, sahibkarlardan bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir. Bunlar  iri fermer, intensiv bağçılıq, pambıqçılıq, istixana, cins heyvandarlıq təsərrüfatlarının, soya, mərci və noxud əkini, meyvə-tərəvəz və süd emalı müəssisələrinin yaradılmasından ibarətdir. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31