Ağstafada zona müşavirəsi keçirilib
İyunun 20-də Ağstafa rayonunda zona müşavirəsi keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar2a verilən məlumata görə, müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələr, heyvandarlıqda intensiv metodların tətbiqi və damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi və bu sahədə aparılan işlər barədə ətraflı məlumat verib.
21 İyun 2017 15:12 Sosialİyunun 20-də Ağstafa rayonunda zona müşavirəsi keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələr, heyvandarlıqda intensiv metodların tətbiqi və damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi və bu sahədə aparılan işlər barədə ətraflı məlumat verib. Zona müşavirəsində heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, möhkəm yem bazasının yaradılması yolları və heyvandarlıqda süni mayalamanın əhəmiyyəti barədə təqdimatlar və çıxışlar oldu. Heyvandarlığın inkişafı şöbəsində hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinin internet səhifəsində yerləşdirilmiş "Təsərrüfatda mövcud olan heyvanlar üzrə yem rasionunun hesablanması və ayrı-ayrı yem bitkiləri üzrə əkin sahələrinə olan tələbatın hesablanmasına dair metodik göstəriş" müşavirə iştirakçılarına izah edildi. Zona müşavirəsində fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı cavab verildi və qarşılıqlı fikir mübadiləsi aparıldı. Müşavirənin sonunda rayon kənd təsərrüfatı idarələrinin heyvandarlıq sektorunun mütəxəssisləri üçün Ağstafa rayon Kənd Təsərrüfatı İdarəsinin binasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin heyvanların qeydiyyatı hissəsinin istifadəsinə dair təlim keçirilib.