Gündəm

Rahatlıq, yoxsa xəstəlik mənbəyi?

11 İyul 2017 12:47

İnsanların həyat səviyyəsinin sürətlə yaxşılaşdığı ölkəmizdə müxtəlif tipli məişət avadanlıqlarının satışı və istifadəsi durmadan artmaqdadır. Ən müasir məişət texnikası mallarının əldə edilməsi vüsət aldıqca istehlakçıların narazılıqları da çoxalmaqdadır. Elmi-texnoloji inkişafla əlaqədar olaraq elektrik və elektron ev əşyaları sürətlə yeniləşməkdə və hər gün bazara yeni texnologiyalara görə istehsal edilmiş məhsullar təqdim edilməkdədir. Bu səbəbdən istehlakçıların seçim etməsi kifayyət qədər çətindir. Elə kondisionerin rahatlıq, yoxsa xəstəlik mənbəyi olması barədə fikirlər də müxtəlifdir.

“Putinin NATO-su” Ermənistanda təlimlərə başladı

11 İyul 2017 12:44

Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xüsusi təyinatlı güclərinin təlimləri başlayıb. Bu haqda KTMT-nin saytında bildirilir. Təlimlər Ermənistan polisinin maarifləndirici kompleksinin bazasında üç gün keçiriləcək.

Smartfon istifadəçilərinin NƏZƏRİNƏ: yeni virus yayıldı

11 İyul 2017 12:43

Dünya üzrə 14 milyondan çox smartfon istifadəçisi "CopyCat" virusu vasitəsilə haker hücumuna məruz qalıb. Bu barədə İT təhlükəsizliyi sahəsində fəaliyyət göstərən ABŞ-ın "Check Point Software Technologies" şirkəti açıqlama yayıb.

Qətiyyətli qərarların qəbul edilməsi vaxtı çatıb

11 İyul 2017 12:41

Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində törətdikləri təxribat xarakterli əməlləri  beynəlxalq aləmdə ciddi rezonans doğurub. Artıq dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ermənilər tərəfindən 2 yaşlı uşaqğın qətlə yetirilməsini pisləyən bəyənatla çıxış ediblər. Paralal olaraq dünyanın tanınmış  media orqanları da sözügedən hadisəyə reaksiya veriblər. Maraqlıdır, beynəlxalq ictimaiyyətin mövqeyi Ermənistanın davranışına hər hansı formada təsir göstərə biləcəkmi?

“Nar bağı”  daha bir mükafata namizəddi

11 İyul 2017 12:39

İlqar Nəcəfin “Nar bağı” filmi 11-ci Asia Pacific Screen Awards (APSA) mükafatına namizədlərin siyahısında yer alıb. “Olaylar” bildirir ki, “Asiya Oskarı” adlanan nüfuzlu mükafat hər il Avstraliyanın Brisben şəhərində təqdim olunur.

Beynəlxalq birlik işğalçıya qarşı addımlar atmalıdır

11 İyul 2017 12:38

“Minsk qrupunun həmsədrləri ATƏT-in təməl sənədlərinə riayət etməlidir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib.

"Bavariya" kolumbiyalı futbolçunu icarəyə götürmək istəyir

11 İyul 2017 12:35

Daniel Sebaalyosun "Real"a transferi Xames Rodriqezin klubdan getməsinə təsir göstərəcək. 25 yaşlı yarımmüdafiəçini "Bayern Munich" 2 il müddətinə icarəyə götürmək istəyir. Münhenlilər icarə müqaviləsi başa çatandan sonra onun transfer hüquqlarına yiyələnmək fikrindədir. "Bavariya" eyni üsuldan Kinqsli Komanın da transferindən yararlanmışdı.

Avropa Komissiyası və “Şərq tərəfdaşlığı” üzv ölkələri enerji effektivliyi məsələlərini müzakirə edib

11 İyul 2017 12:33

Avropa İttfaqı (Aİ) ilə “Şərq tərəfdaşlığı” üzv ölkələri arasında enerji effektivliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş qeyri-rəsmi dialoq çərçivəsində Aİ-nin genişlənmə məsələləri və mehriban qonşuluq siyasəti üzrə ali komissarı Yohannes Han Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və “Şərq tərəfdaşlığı” ölkələrinin digər nümayəndələri ilə görüşüb.

Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilə bilər

11 İyul 2017 12:34

Bu günlərdə Polşanın Krakov şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası öz işini davam etdirməkdədir. Komitə mühafizə olunan mədəni və təbii obyektlərin Ümumdünya İrs Siyahısına təqdim edilən nominasiyaları nəzərdən keçirir.

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyə olundu

11 İyul 2017 12:30

Yasamalda yaşayış binasında yanğın baş verib. Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının şaxtasında 2-ci mərtəbədən 5-ci mərtəbəyə qədər keçən kabel 25 p.m yanıb.

"Rusiya münaqişənin həllində rolunu artırmasa, müharibə qaçılmazdır"

11 İyul 2017 12:26

“İyulun 4-də Ermənistanın Füzulinin Alxanlı kəndində həyata keçirdiyi təxribat erməni vəhşiliyini sübuta yetirən minlərlə faktlardan biri idi. 2 yaşlı körpəyə, ümumiyyətlə mülki əhaliyə qarşı silah işlətmək, ağır toplardan istifadə etməklə kütləvi qırğın törətmək yalnız faşizm ideologiyasına məxsus addımdır”. Bunu Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Azər Həsrət: “Ermənistanı müdafiə etmək üçün imkanlar tükənib”

11 İyul 2017 12:23

“Cəbhədə baş verənlər barəsində beynəlxalq təşkilatların susqunluğuna, yerinə yetirilməyən BMT qətnamələri kimi məsələlərə adətən əsəbi reaksiya veririk. Çünki ədalət istəyirik. Amma bu dəfə əsəbi deyil, pozitiv yanaşmaq istərdim”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

Prezident İlham Əliyev: "Azərbaycan Özbəkistanla bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır" - YENİLƏNİB

11 İyul 2017 12:21

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Özbəkistan Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovu və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimovu qəbul edib.

Əməliyyat zamanı 9 yaşlı uşağın ölməsi faktı ilə bağlı cinayət işi başlandı

11 İyul 2017 12:19

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb. Bu barədə Ağdaş rayon prokurorluğundan bildirilib. Məlumata əsasən, faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

Dmitri Nazarovun zədəsi ciddidir?

11 İyul 2017 12:17

Almaniyanın "Aue" klubunun Avstriyadakı təlim-məşq toplanışı zamanı zədələnən millimizin üzvü Dimitri Nazarovun durumuna aydınıq gəlib.