Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilə bilər
Bu günlərdə Polşanın Krakov şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası öz işini davam etdirməkdədir. Komitə mühafizə olunan mədəni və təbii obyektlərin Ümumdünya İrs Siyahısına təqdim edilən nominasiyaları nəzərdən keçirir.
11 İyul 2017 12:34 MədəniyyətBu günlərdə Polşanın Krakov şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası öz işini davam etdirməkdədir. Komitə mühafizə olunan mədəni və təbii obyektlərin Ümumdünya İrs Siyahısına təqdim edilən nominasiyaları nəzərdən keçirir. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan tərəfindən "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" sözügedən siyahıya təqdim edilib. Sessiya zamanı ölkəmiz tərəfindən təqdim edilən nominasiya da müzakirə olundu. Müzakirələr zamanı Komitənin üzv ölkələri məşvərətçi qurum olan İKOMOS-un mövqeyi ilə razılaşmayaraq Şəkinin müvafiq kriteriyalar üzrə ümumdünya irsi hesab olunmağa layiq olduğunu bildiriblər. Nəticə etibarilə YUNESKO-nun Ümumdünya İrs Komitəsi tərəfindən "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiya faylı ilə bağlı "referral" qərarı verildi. Bu isə o deməkdir ki, obyektiv olaraq abidənin müstəsna universal dəyəri Komitə tərəfindən bu mərhələdə tanınır və mühafizə və digər məsələlərin həlli üçün Azərbaycan tərəfinə vaxt verilir.
Qeyd edək ki, hazırda İçərişəhər memarlıq kompleksi və Qobustan dövlət tarixi-bədii qoruğu YUNESKO-nun Ümumdünya İrs Siyahısında yer alır.