Vaşinqton və Pekin süni intellektlə bağlı razılığa gələ bilərlər - ABŞ maliyyə naziri
20:44 DünyaVaşinqton və Pekin süni intellekt texnologiyalarının hansı sahələrdə tətbiq edilməməsi barədə razılığa gələ bilərlər.
Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Axios" portalına müsahibəsində bildirib.
"Düşünürəm ki, modellərin konkret olaraq nə etməməli olduğu barədə razılığa gələ bilərik", - deyə o, süni intellek modellərini nəzərdə tutaraq bildirib. Nazir həmçinin Sİ ilə bağlı məsələlər üzrə ABŞ və Çin arasında "hər hansı bildiriş mexanizminin" tətbiq edilməsini dəstəkləyib. O, Pekinin bununla razılaşacağına əminliyini ifadə edib.
İki ölkə arasında hazırlanmaqda olan Sİ modellərinin imkanları barədə məlumat mübadiləsinin məqsədəuyğun olub-olmadığı ilə bağlı suala Bessent "Yəqin ki, yox" cavabını verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31