Dmitri Nazarovun zədəsi ciddidir?
Almaniyanın "Aue" klubunun Avstriyadakı təlim-məşq toplanışı zamanı zədələnən millimizin üzvü Dimitri Nazarovun durumuna aydınıq gəlib.
11 İyul 2017 12:17 İdmanAlmaniyanın "Aue" klubunun Avstriyadakı təlim-məşq toplanışı zamanı zədələnən millimizin üzvü Dimitri Nazarovun durumuna aydınıq gəlib. 27 yaşlı yarımmüdafiəçinin zədəsi ciddi deyil. Bunu yerli mətbuata açıqlamasında "Aue"nin köməkçi məşqçisi Robin Link verib. O, Nazarovun tezliklə yaşıl meydanlara qayıdacağını bildirib:
"Nazarov tibbi müayinədən keçdi. Biz onun zədəsinin ciddi olduğunu düşünürdük, amma belə olmaması yaxşı oldu. Dimitrinin əməliyyata da ehtiyacı yoxdur. O, yaxın vaxtlarda yaşıl meydanlara qayıdacaq". Nazarov "Aue"nin aparıcı üzvüdür. Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31