Avropa Komissiyası və “Şərq tərəfdaşlığı” üzv ölkələri enerji effektivliyi məsələlərini müzakirə edib
Avropa İttfaqı (Aİ) ilə “Şərq tərəfdaşlığı” üzv ölkələri arasında enerji effektivliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş qeyri-rəsmi dialoq çərçivəsində Aİ-nin genişlənmə məsələləri və mehriban qonşuluq siyasəti üzrə ali komissarı Yohannes Han Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və “Şərq tərəfdaşlığı” ölkələrinin digər nümayəndələri ilə görüşüb.
11 İyul 2017 12:33 SiyasətAvropa İttfaqı (Aİ) ilə "Şərq tərəfdaşlığı" üzv ölkələri arasında enerji effektivliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş qeyri-rəsmi dialoq çərçivəsində Aİ-nin genişlənmə məsələləri və mehriban qonşuluq siyasəti üzrə ali komissarı Yohannes Han Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və "Şərq tərəfdaşlığı" ölkələrinin digər nümayəndələri ilə görüşüb. Görüş iyulun 10-da Kişinyovda "Şərq tərəfdaşlığı" ölkələrinin xarici işlər və energetika nazirliklərinin rəhbərlərinin 9-cu qeyri-rəsmi iclasında keçirilib.
Y.Han qeyd edib ki, Aİ tərəfdaş-ölkələrə enerji effektivliyinin gücləndirilməsi ilə bağlı dəstək göstərməkdə davam edəcək: "Bu sahədə iqtisadi cəhətdən effektiv siyasətin tətbiq edilməsi enerji təhlükəsizliyinin artırılması, rəqabətqabiliyyətlilik, iqtisadi artımın stimullaşdırılması iş yerlərinin yaradılmasının əsas amillərindən biridir, eləcə də iqlim dəyişikliyinin qarşısının alınmasına xidmət edir". Trend.az