Gündəm
Mingəçevir Sənaye Parkında milli tekstil brendləri yaradılacaq
Sumqayıt Kimya Sənaye Parkı tərəfindən Mingəçevir Sənaye Parkına ilk rezident qəbul edilib. Bu "Mingəçevir Tekstil" MMC-dir. MMC tərəfindən sənaye parkında Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında ildə 20 min ton iplik istehsal edəcək fabriklər inşa ediləcək. Müəssisələrdə 550 iş yerinin açılması nəzərdə tutulur.
Nazirlik Asan İmza sahiblərinə müraciət etdi
Asan İmza sertifikatının qüvvədə olma müddəti 3 il olduğundan və 2014-cü ilin iyul ayında alınmış sertifikatların etibarlıq müddəti 2017-ci ilin iyul ayında bitir. Bu barədə Vergilər Nazirliynin Asan Sertifikat Xidmətləri Mərkəzindən “Olaylar”a verilən məlumata görə, Asan İmza sertifikatının yenisini almaq üçün qüvvədə olan ASAN İmza vasitəsi iləwww.asxm.gov.az/portal/login portalına daxil olub müvafiq ərizəni, müqaviləni və etibarnamələri imzaladıqdan sonra ASAN İmza SİM kartını dəyişdirərək vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ASAN Xidmət mərkəzlərinə yaxınlaşmaq olar.
Azərbaycan kiber hücumlardan əziyyət çəkir
Bu günlərdə Estoniyanın Avropa İttifaqında sədrliyi çərçivəsində Tallin şəhərində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin görüşü keçirilib.
Ermənistanda KTMT üzv ölkələrinin təlimləri başlayıb
Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzv ölkələrinin xüsusi təyinatlı qüvvələrinin təlimləri başlayıb.
"Qəbələ"nin sabiq futbolçusu Cənubi Koreya klubunda
"Qəbələ"nin keçmiş futbolçusu Daniel Subotiç özünə yeni komanda tapıb. İsveçrəli hücumçu Cənubi Koreyanın "Ulsan Hyuindai" klubu ilə hazırkı mövsümün sonunadək müqavilə bağlayıb. 28 yaşlı oyunçu xorvatiyalı Miroslav Orsiçlə birgə hücum tandemini təşkil edəcək.
Son dəqiqə: İŞİD Bağdadinin öldüyünü təsdiqlədi
İŞİD lideri Əbubəkr Əl Bağdadinin öldüyü təsdiqlənib. Mənbədən telekanala verilən məlumata görə, İŞİD terrorçuları Bağdadinin ölümü və "yeni xəlifə"nin adını müəyyən etdikləri haqda qısa məlumat veriblər.
DİN Sabirabaddakı ağır qəza barədə məlumat yaydı
İyulun 11-də saat 1:00 radələrində Sabirabad rayonunun Sərxanbəyli kəndi ərazisində kənd sakinləri Emil Dövlətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Vüsal Abdullayevin idarə etdiyi motosiklet toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində V.Abdullayev və 1 sərnişini, habelə E.Dövlətovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, V.Abdullayev orada ölüb. Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.
Tikinti şirkətinin seyfi oğurlanıb
İçərisində 5500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidməti və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki tikinti şirkətlərindən birinin ofisindən içərisində 5500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub. Onun əvvəllər məhkum olunmuş Əmrah Quliyev olduğu müəyyən edilib.
Sədaqət Əliyeva beynəlxalq konfransda
UNESCO-nun dəstəyi ilə Avropa Sosial İş Məktəbləri Assosiasiyası, Fransada Sosial İş Təhsili və Tədqiqatı üzrə Milli Birlik Fransanın Paris şəhərində elmi-praktik konfrans keçirib.
İşçilərin sosial müdafiəsi gücləndirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasdakı siyasi, sosial və iqtisadi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin Azərbaycana təsirlərini azaltmaqla yanaşı, ölkənin əsas iqtisadi vəzifələrinin və sosial proqramların uğurlu icrasını təmin etməkdədir. Bu əsasda respublikada reallaşdırılan sosial-iqtisadi siyasətin prioritet komponenti kimi qeyri-neft sektorunun inkişafı istiqamətində köklü islahatların düşünülmüş şəkildə əmək resurslarının məşğulluğuna yönəldilməsi əmək ehtiyatlarının daha geniş müstəvidə səmərəli məşğulluğu baxımdan vacib rol oynayır.
Türkiyədə 11 PKK terrorçusu zərərsizləşdirilib
Türkiyənin cənub-şərqindəki Mardin vilayətində həyata keçirilən aviazərbələr nəticəsində 8 PKK terrorçusu zərərsizləşdirilib. Zərbələr nəticəsində terrorçuların iki atəş mövqeyi də məhv edilib. Hakkari vilayətində də PKK mövqelərinə zərbələr endirilib. Burada 3 terrorçunun zərərsizləşdirildiyi deyilir.
Sabahdan yağış yağacaq
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Azərbaycan diplomatiyasının mühüm səhifələrindən biridir”
"Cənab Prezident İlham Əliyevin Türkiyədə keçirilən XXII beynəlxalq neft konqresinin işində iştirakı, etdiyi nitqi və keçirdiyi ikitərəfli görüşləri müstəsna əhəmiyyət daşıyır”. Bunu millət vəkili Musa Qasımlı deyib.
Ermənistanda siyasi hakimiyyət böhranı yaranıb
Son günlər cəbhənin təmas xəttində vəziyyət gərginləşməkdə davam edir. Ermənistan silahlı birləşmələri mütəmadi olaraq atəşkəs rejimini pozur. Baş verən təxribatlar nəticəsində təkcə hərbçilər deyil, mülki şəxslər də öldürülür.
Azərbaycan multikulturalizmin beyin mərkəzi olmaqda nümunəyə çevrilib
Son illər Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu rəsmi Bakının beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, dünyada siyasi nüfuzu və çəksinin artmasına öz müsbət təsirini göstərir. Xarici siyasətdə əsasən balanslaşdırılmış strategiyanı əsas götürən Azərbaycan bütün yaxın və uzaq ölkələrlə normal əməkdaşlıq qurmaq. Müxtəlif istiqamətlərdə bu əməkdaşlığı, əlaqələri inkişaf etdirmək xəttini götürüb.








.jpg)





