Gündəm
Binanın damından kabel oğurlayan yaxalanıb
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 10-da Nəsimi rayonu A.Mustafayev küçəsindəki binalardan birinin üzərində quraşdırılan “Azerconnect” şirkətinə məxsus ötürücü bazanı rabitə ilə təmin edən kabelin 40 metrlik hissəsi kəsilərək oğurlanıb. Nəsimi Rayon Polis İdarəsinin 19-cu polisbölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Röyal Əliyev tutulub.
Silah mütəxəsissləri işlə təmin olundu
Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsinin məzunlarının işlə təmin olunması üçün rektor əvəzi Xalıq Yahudovun əmri ilə seçim komissiyası yaradılıb.
Tərtər sakinindən marixuana götürülüb
Tərtər rayonunun Düyərli kənd sakinindən 5,315 kq marixuana götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar” a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinə Düyərli kənd sakini olan bir nəfərin narkotik istifadəçisi olması və üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Rüfət Səfərovun şikayəti təmin edilmədi
Bu gün Ali Məhkəmədə Zərdab rayon Prokurorluğunun həbsdə olan sabiq müstəntiqi Rüfət Səfərovun Şirvan Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
“Azərbaycan hər an müharibəyə hazırdır” - Polkovnik Ramaldanov
“Azərbaycan yeni silah-sursat və döyüş texnikaların alınmasını davam etdirir. Ermənistan tərəfi bundan narahatdır. Çünki Ermənistan və onun havadarları Azərbaycana hərbi yoldan başqa seçim qoymurlar”.
Venesuelada növbəti iğtişaşlar — Müxalifət küçələri savaş meydanına çevirdi
Venesuela müxalifəti yeni etiraz aksiyası keçirib. Aksiya dava, silahlı toqquşma və partlayışlarla müşayiət olunub. Hökumət əleyhinə keçirilən nümayişlərdə 30 nəfərdən çox insan xəsarət alıb. Bu barədə Karakas şəhərinin Çakao rayonunun icra hakimiyyəti məlumat verib.
Bakıda partlayış: Yaralanan var
Bakının Nəsimi rayonunda zibil çəninə atılan partlayıcı qurğu partlayıb, yaralanan var. Bu barədə hüquq-mühafizə orqanları məlumat veriblər. Məlumata görə, hadisə bazar ertəsi saat 20:40-da baş verib. Paytaxtın "20 Yanvar" küçəsində mənzil-istismar sahəsinin əməkdaşları - 1987-ci il təvəllüdlü Kürdəmir sakini Rauf Rəsulov və 1983-cü il təvəllüdlü Siyəzən sakini İmamverdi Əhmədov "Man" markalı avtomobillə zibilləri daşıyıblar.
“Neft Daşları”nda yeni quyu qazılır
“Neft Daşları” yatağında 1954A nömrəli estakadayanı meydançadan 2686 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1300 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı
İyulun 11-də AMEA – nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi başlayır
Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. İyulun 11-də isə Qarabucaq stansiyasının 2250 metr uzunluğunda tək və cüt yollarının əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqovun sözlərinə görə, təmir işləri üç gün müddətinə davam edəcək.
Azərbaycan Ermənistan və Rusiya sərhədçilərinin Dağlıq Qarabağda təlimlər keçməsi barədə məlumatı araşdırır
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni KİV-lərində yayılmış Ermənistan və Rusiya sərhədçilərinin işğal olunmuş Dağlıq Qarabağ ərazilərində birgə təlimlər keçməsi barədə məlumatı araşdırır. Bunu müraciətini cavablandıran XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu məlumat diplomatik kanallar vasitəsilə araşdırılır.
İtaliyanın daha bir klubu satışa çıxarıldı
"Genoa" futbol klubunun satılmasına dair razılıq əldə olunub. Bu barədə Genuya təmsilçisinin prezidenti Enriko Pretsiozi "Reuters"ə açıqlama verib.
Daxili işlər naziri: Hərbi çevriliş cəhdinin əsas məqsədi Türkiyənin zəiflədilməsi idi
Türkiyə xalqı hərbi çevriliş cəhdinin qarşısını alaraq, hökumətlə öz birliyini təsdiq etdi. Bunu jurnalistlərə Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Alim Qasımov oğlu haqda yayılan xəbərdən danışdı: "Dişi sınıb, gözü də zədələnib"
Xalq artisti Alim Qasımov oğlu Qadir Qasımovun gözünün çıxarılmasıyla bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Sənətkar söhbətində oğlunun xəsarət aldığını təsdiqləsə də, bunun başqa səbəbdən baş verdiyini söyləyib: "Kim nə gəldi yazır. Orada nə dava olmayıb, nə də oğlumu vurmayıblar. Güzdəkdə evimiz var. Pilləkəndən düşəndə ayağı çay daşına ilişib, dişi sınıb, gözü də zədələnib. Amma heç bir davadan söhbət gedə bilməz. Sadəcə, kimsə çağırıb, Qadir də yuxulu olub. Ayağı ilişib yıxılıb".
“5-ci kolon”un fəallığının artması nəyə hesablanıb?
Bir qayda olaraq Azərbaycan mühüm siyasi proseslər ərəfəsində olanda, yaxud ölkə beynəlxalq əhəmiyyətli konfrans və forumlara evsahibliyi etdiyi zaman kəsiyində Bakı müxtəlif istiqamətlərdən təzyiqlərlə üzləşir.














