Venesuelada növbəti iğtişaşlar — Müxalifət küçələri savaş meydanına çevirdi

Venesuela müxalifəti yeni etiraz aksiyası keçirib. Aksiya dava, silahlı toqquşma və partlayışlarla müşayiət olunub. Hökumət əleyhinə keçirilən nümayişlərdə 30 nəfərdən çox insan xəsarət alıb. Bu barədə Karakas şəhərinin Çakao rayonunun icra hakimiyyəti məlumat verib.

Mətbuatın xəbərinə əsasən isə 25 nəfər nümayişçiyə tibbi yardım göstərilib. Milli qvardiyanın 7 hərbçisi Altamir rayonunda kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində yaralanıb. Karabobo ştatı Valensiya şəhərində iki aksiya iştirakçısı açılan atəş nəticəsində yaralanıb. 16 yaşlı yeniyetmə isə həlak olub.

Qeyd edək ki, Venesuelada aprel ayından hökumət əleyhinə iğtişaşlar davam edir. Bu günə qədər 90 nəfər həlak olub. 1.500 nəfər yaralanıb. Minlərlə insan isə saxlanılıb.  Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31