Gündəm

Lavrov Nalbandyanla Avstriyada görüşüb

11 İyul 2017 15:22

Rusiya və Ermənistan XİN rəhbərləri bu gün Avstriyanın Mauerbax şəhərində görüşüblər. Sergey Lavrov və Edvard Nalbandyanın görüşü bağlı qapılar arxasında keçirilib.

Bakı və Ankaranın gözlənilməz QARABAĞ PLANI: Ermənistan TƏLAŞ İÇİNDƏ

11 İyul 2017 15:18

Azərbaycanın Rusiyadan aldığı silahların yeni partiyasının Bakıya gətirilməsi və cəbhə bölgəsinə göndərilməsi Ermənistanın əsas gündəmidir.  Ermənistan ictimaiyyəti İrəvan hakimiyyətini Rusiyaya cavab verməməkdə ittiham edir, Serj Sarkisyanı qorxaq adlandırır, həmçinin, Qarabağda genişmiqyaslı hərbi toqquşmaların olacağına dair narahatlıqlarını dilə gətirir.

Mövsümə premyera ilə yekun vurulacaq

11 İyul 2017 15:11

Musiqili Teatrı 107-ci teatr mövsümünü bu həftəsonu başa vuracaq. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu“Olaylar” – a bildirib ki, mövsümün bağlanışı premyera ilə əlamətdar olacaq Belə ki, iyulun 14 və 15 – i saat 19.00-da tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyası təqdim olunacaq.

“Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” adlı monoqrafiya nəşr olundu

11 İyul 2017 15:11

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucovanın “Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” adlı monoqrafiyası işıq üzü görüb. Bölmədən “Olaylar” – a bildirilib ki, kitab AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu, filologiya üzrə elmlər doktorları- Hüseyn Həşimli və Fərman Xəlilovun rəyi ilə çap olunub. Monoqrafiya akademik İsa Həbibbəylinin qələmə aldığı “Böyük ədibin şeir yaradıcılığı” adlı ön sözdən, giriş, 3 fəsil və nəticədən ibarətdir.

Azərbaycanda istənilən fikri demək üçün qeyri-məhdud imkanlar var

11 İyul 2017 15:10

Müasir dünyada insan hüquq və azadlıqları baxımından söz və mətduat azadlığına xüsusi diqqət yetirilir. Xüsusən, özünü demokratik elan etmiş ölkələr bu sahənin inkişafı, qanunvericilik bazasının təkmilləşdiriməsi istiqamətində ciddi addımlar atmaqdadır.

Gömrükdən “beşbarmaq” keçirmək cəhdinin qarşısı alınıb

11 İyul 2017 14:58

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Olaylar”a  verilən məlumata görə, Moskva-Gəncə, Tbilisi-Bakı və Nyu-York-Bakı aviareysləri ilə gələn Azərbaycan vətəndaşları gömrük nəzarətindən keçərkən onların baqajları rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda "beşbarmaq" və dəyənəyə oxşar əşyaların təsvirləri görünüb.

İrandan heroin gətirmək istəyi baş tutmayıb

11 İyul 2017 14:56

İrandan Azərbaycana gələn vətəndaşdan narkotik aşkar edilib. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "Olaylar”a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.Yoxlama zamanı vətəndaşın ayaqqabısının sol tayının tərliyinin daban hissəsinin altında, 1 ədəd bükümdə xalis çəkisi 0,124 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Nazir: "Türkiyə Qətərə yardım etmir, məhsul ixrac edir"

11 İyul 2017 14:54

"Türkiyə Qətərə yardım deyil, 20 milyon dollar dəyərində məhsul ixrac edib". Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Tehranda Türk Ticarət Mərkəzinin açılışı zamanı deyib.

Siyavuş Novruzov: "Ciddi struktur islahatları gözlənilir"

11 İyul 2017 14:53

Əvvəla, indiyə qədər atəşkəs müddətində atəşkəs yalnız Ermənistan tərəfindən pozulub. Azərbaycan bir dəfə də olsun atəşkəs rejimini pozmayıb, yalnız Ermənistana cavab verib. Bunu biz yox, rəsmi statistika deyir.

Prokuror sabiq deputat Dünyamin Xəlilova cəza istəyib

11 İyul 2017 14:48

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ekspert Lapşinin məhkəməsinə gəlmədi

11 İyul 2017 14:40

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqer Aleksandr Lapşinin işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, Ekspertiza Mərkəzindən daxil olan məlumata görə. mərkəzin əməkdaşı Almaz Bayramova hazırda məzuniyyətdə olduğundan məhkəməyə gələ bilmir.

Azərbaycan telekanalı Alxanlıdan reportaj hazırladı - VİDEO

11 İyul 2017 14:39

Telekanalın xüsusi müxbiri, tanınmış jurnalist Nadir Şəfiyev şəhid Zəhranın qəbrini ziyarət edib, kənd sakinlərindən və Zəhranın yaxınlarından müsahibə alıb. Reportaj bütövlükdə rus dilində hazırlanıb, azərbaycan dilində subtitrla təqdim olunub.

123 saylı avtobusun hərəkət sxemi dəyişdi

11 İyul 2017 14:36

123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi iyulun 11-dən müvəqqəti olaraq dəyişdirilib. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, buna səbəb, Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. Təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.

Zəhra anılacaq

11 İyul 2017 14:33

İyulun 14 – də Muğam Mərkəzində “Zəhra” - müharibələrdə həlak olmuş uşaqların anım gecəsi keçiriləcək. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Söz” ədəbi layihəsinin birgə təşkillatçılığı ilə həyata keçiriləcək. Anım gecəsi Azərbaycan, rus və ingilis dilində keçiriləcək.

Qatar relsdən çıxdı

11 İyul 2017 14:32

Almaniyanın cənub-qərbindəki Baden-Vürtemberq federal vilayətində qatar relsdən çıxıb. Hadisə nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb. Bölgədə əsən güclü külək nəticəsində ağaclardan biri dəmir yolunun üzərinə aşıb. Bu da qatarın relsdən çıxmağına səbəb olub.