İrandan heroin gətirmək istəyi baş tutmayıb
İrandan Azərbaycana gələn vətəndaşdan narkotik aşkar edilib. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "Olaylar”a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.Yoxlama zamanı vətəndaşın ayaqqabısının sol tayının tərliyinin daban hissəsinin altında, 1 ədəd bükümdə xalis çəkisi 0,124 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
11 İyul 2017 14:56 Kriminalİrandan Azərbaycana gələn vətəndaşdan narkotik aşkar edilib. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.Yoxlama zamanı vətəndaşın ayaqqabısının sol tayının tərliyinin daban hissəsinin altında, 1 ədəd bükümdə xalis çəkisi 0,124 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.