Gündəm
Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın olub
Bu gün saat 14.00 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, əsən külək nəticəsində yanğın qısa müddət ərzində 3 hektar ərazini əhatə edib.
Mənzildən 40 min manatlıq qızıl oğurlayan saxlanıb
Bakıda mənzildən ümumi olaraq 40 min manatlıq oğurluq edən şəxs saxlanılıb. “Olaylar” DİN-in saytına istinadən xəbır verir ki, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Balaxanı qəsəbəsindəki evlərdən birindən 37000 manat pul və 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Aleksandr Miroşkin tutulub.
Çimərliklərdə qanunsuz nəqliyyat növləri aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Xəzər dənizinin sahilboyu ərazilərində su nəqliyyat vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl olunmasını təmin etmək məqsədilə mütəmadi əməliyyat tədbirləri həyata keçirir.
Hacı cazibədar rəqqasəni gördü – DİN YADDAN ÇIXDI – VİDEO
Hadisənin Ərəbistanda baş verdiyi iddia edilir. Din adamlarının da iştirak etdiyi məclislərdən birindən maraqlı görüntülər yayılıb. Belə ki, rəqs meydancasına giən cazibədar qadın özünü bir anda məclisdə olan “hacı”ların əhatəsində tapıb. Saqqalı və başında təkkəsi olan hacının rəqqasə xanımı gördükdən sonra etdiyi hərəkətlər isə “qadını gördü, dini unutdu” təəssüratı yaradıb.
Qarabağda böyük müharibə: Türkiyəli politoloq Bakının üstünlüklərini AÇIQLADI
“Ermənistan və Azərbaycan arasında 25 ildir davam edən müharibə mülki əhalinin hədəf alınması ilə davam edir. Bu cəbhə döyüşü yaxında hər bir tərəfə sıçrayacaq böyük müharibəyə çevrilə bilər”.
Donnarumma müqavilə bağladı
"Milan"ın qapıçısı Canluici Donnarummanın taleyinə aydınlıq gəlib. Bir müddət əvvəl komandada qalacağı deyilən gənc qolkiper artıq münasibətləri rəsmiləşdirib. "Real"ın da maraq dairəsində olan 18 yaşlı oyunçu "rossonyerlər"lə uzunmüddətli sazişə qol çəkib. Müqavilədə yer alan bəndə əsasən, İtaliya millisinin üzvünün transfer qiyməti 70 milyon avro olacaq.
Erməni general ölkəsinin Azərbaycan qarşısında hərbi balansının zəif olduğunu etiraf etdi
“Ermənistanın Azərbaycanla arasında olan hərbi güc balansı çoxdan pozulub. Azərbaycanda o qədər silah var ki, silah muzeyi yarada bilər”. SİA xəbər verir ki, bu barədə erməni hərbi eksperti, birinci Qarabağ müharibəsində Azərbaycana qarşı işğalçılıq siyasətində iştirak etmiş “komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan Rusiyanın Azərbaycana silah satması ilə bağlı fikirlərini 1in.am saytına açıqlayarkən deyib. Lakin o növbəti dəfə sərsəmləyərək bildirib ki, guya Ermçənistanın elə bir silahı var ki, həmin silahdan Azərbaycanda yoxdur. O, buna misal kimi “insan faktorunu” göstərib. Əslində, bu gün Ermənistanın hansı səviyyədə çabalayan ölkə olduğunu, ölkədə səfalətin, aclığın, kütləvi köçlərin baş aldığını nəzərə alarsaq, erməni generalının “insan faktoru” kontekstli fikirlərinin həqiqətən də gülünc olduğunu görə bilərik.
2767 oğlana hərbi xidmətdən möhlət hüququ veriləcək
2017-2018-ci tədris ili üçün magistraturaya qəbul 70 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. “Olaylar” xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən modern.az-a bildirlib ki, ayrılmış 7703 plan yerinə 6233 bakalavr (onlardan 2352 nəfəri dövlət sifarişi əsasında) qəbul olunub və plan yerləri 80.92% dolub.Magistraturaya qəbul olunan bakalavrların 2767 -si oğlan, 3466 –ı isə qızdır.
Terror aksiyasının qarşısı alındı
Türkiyə Silahlı Qüvvələrinin Tuncelinin Nazimiyyə bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində böyük bir faciənin qarşısının alındığı məlum olub. Nazimiyyənin Yanık və Xanköy məhəllələrində həyata keçirilən əməliyyat zamanı 100 kq ağırlığında iki ədəd mətbəx qaz ballonuna yerləşdilimiş partlayıcı qurğu aşkarlanıb. Böyük dağıdıcı qüvvəyə malik olan partıayıcı qurğu Tunceli Prokurorluğunun talimatı ilə partladılaraq zərəsizləşdilib. Terror aksiyasını hazırlayan şəxslərin istinataqa cəlb edilməsi məqsədi ilə cinayət, axtarış tədbirləri başladılıb.
Sərhəd rejimini pozan 1522 nəfər saxlanıb
Ötən ay dövlət sərhədini pozan 39 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, onların 22 nəfəri Azərbaycan, 5 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Tacikistan, 2 nəfəri Banqladeş, hər ölkədən 1 nəfər olmaqla Gürcüstan, Ukrayna, Türkiyə, Pakistan, Qazaxıstan və Konqo vətəndaşlarıdır.
İqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında özünü əks etdirir
“İqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında özünü əks etdirir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev səsləndirib.
Səyyar kitabxana layihəsinə start verildi
İyulun 11-də Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısından nazirliyin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həyata keçirilən “Səyyar kitabxana” adlı layihənin növbəti mərhələsinə start verildi.
Adam oğurluğunda təqsirli bilinən şəxs saxlanıldı
Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib.
Vətəndaşlara “pul atan” şəxsin əlləri qandallandı
Paytaxtda dələduzluqla məşğul olan şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyunun 30-da Bakı şəhər sakini Fərasəddin Fərziyevin 5000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Vüqar Bəkirov Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Bundan başqa cari il iyunun 29-dan iyulun 7-dək olan müddətdə Bakı şəhər sakinləri olan 4 nəfərə məxsus mobil telefonları dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Elşən Kərimov Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşları tərəfindən tutulub.
Tekstil istehsalçıları yeni assosiasiyada birləşir
Ölkədə fəaliyyət göstərən tekstil istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.














