Donnarumma müqavilə bağladı
"Milan"ın qapıçısı Canluici Donnarummanın taleyinə aydınlıq gəlib. Bir müddət əvvəl komandada qalacağı deyilən gənc qolkiper artıq münasibətləri rəsmiləşdirib. "Real"ın da maraq dairəsində olan 18 yaşlı oyunçu "rossonyerlər"lə uzunmüddətli sazişə qol çəkib. Müqavilədə yer alan bəndə əsasən, İtaliya millisinin üzvünün transfer qiyməti 70 milyon avro olacaq.
11 İyul 2017 15:49 İdman"Milan"ın qapıçısı Canluici Donnarummanın taleyinə aydınlıq gəlib. Bir müddət əvvəl komandada qalacağı deyilən gənc qolkiper artıq münasibətləri rəsmiləşdirib. "Real"ın da maraq dairəsində olan 18 yaşlı oyunçu "rossonyerlər"lə uzunmüddətli sazişə qol çəkib. Müqavilədə yer alan bəndə əsasən, İtaliya millisinin üzvünün transfer qiyməti 70 milyon avro olacaq.
Qeyd edək ki, "Milan"ın yetirməsi olan Canluici Donnarumma 2015-ci ildən əsas komandanın çərçivəsini qoruyur. Apasport.az