Vətəndaşlara “pul atan” şəxsin əlləri qandallandı

Paytaxtda dələduzluqla məşğul olan şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyunun 30-da Bakı şəhər sakini Fərasəddin Fərziyevin 5000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Vüqar Bəkirov Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Bundan başqa cari il iyunun 29-dan iyulun 7-dək olan müddətdə Bakı şəhər sakinləri olan 4 nəfərə məxsus mobil telefonları dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Elşən Kərimov Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Paytaxtda dələduzluqla məşğul olan şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, iyunun 30-da Bakı şəhər sakini Fərasəddin Fərziyevin 5000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Vüqar Bəkirov Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Bundan başqa cari il iyunun 29-dan iyulun 7-dək olan müddətdə Bakı şəhər sakinləri olan 4 nəfərə məxsus mobil telefonları dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Elşən Kərimov Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31