Gündəm

İranlı nümayəndələr Azərbaycanın aparıcı media orqanlarında vacib görüşlər keçiriblər

11 İyul 2017 16:47

Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasındakı Əməkdaşlıq Memorandumu çərçivəsində İranın ölkəmizdə səfərdə olan media fəaliyyətinə məsul qurumlarının nümayəndələri paytaxtda bir sıra görüşlər keçiriblər.

Şagirdlərə “Turizm və Qonaqpərvərlik” mövzusunda təlim keçirilib

11 İyul 2017 16:45

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin (AHTTSA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yeniyetmələr arasında bölgə turizminin inkişafının təbliği və onlarda turizm yönümlü peşələrə həvəsin stimullaşdırılması” layihəsi çərçivəsində daha bir tədbirini Lerik rayonu "Relax" istirahət mərkəzində həyata keçirib.

Müəllim olmaq istəyənlər üçün sonuncu elektron sınaq imtahanı keçiriləcək

11 İyul 2017 16:44

İyulun 19-da Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün sonuncu elektron sınaq imtahanı keçirəcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, sınaq imtahanları həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub. İmtahanlar Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində təşkil olunacaq. Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən zaman dərhal öz nəticələrini görə bilirlər.

Yanvar – iyun ayları ərzində MEK - ə daxil olan sənədlər

11 İyul 2017 16:42

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 2017-ci il yanvar-iyun ayları ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib. Kitabxanadan “Olaylar” – a bildirilib ki, MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova yanvar-iyun ayları ərzində kitabxanaya daxil olmuş sənədləri əks etdirən slaydı təqdim edib. O, yanvar-iyun ayları ərzində kitabxanaya pulsuz məcburi nüsxə olaraq 994 kitab, 553 jurnal, hədiyyə olaraq 1118 kitab, 1522 jurnal, 4 kolleksiya, 22 satınalma, 64 dissertasiya, 344 avtoreferat, 154 elektron resurs, beynəlxalq kitab mübadiləsi çərçivəsində isə 388 ədəd sənəd daxil olduğunu açıqlayıb. A.Səfərova sənədlərin təqdim olunma qaydası, təqdim olunan elektron resurslarda müəllif hüquqlarının tənzimlənməsi, sənədlərin Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi, sərgi salonunda sərgilənməsi və mek.az saytında işıqlandırılaraq ənənəvi və elektron kataloqa daxil edilməsini göstərən mərhələli iş mexanizmini izah edib.

AMEA Naxçıvan Bölməsinin Elektron Kitabxanasında yeni nəşrlərin təqdimatı

11 İyul 2017 16:40

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “Gümüşlü qurğuşun-sink filizinin kompleks emalının elmi və praktiki əsaslarının işlənməsi” monoqrafiyasının və həmin institutun Sorbsiya prosesləri laboratoriyasının müdiri kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabının təqdimat mərasimi keçirilib.

Avropa Parlamentinin komitə iclasında Ermənistan hərbi-siyasi rejimi kəskin tənqid edildi

11 İyul 2017 16:39

Azərbaycanın Avronest PA nümayəndəliyindən “OLAYLAR”-a verilən məlumata görə Avropa Parlamentinin Xarici Siyasət Komitəsinin növbəti iclası keçirililib. İclasdason günlər, Azərbaycan və Ermənistan arasında cəbhədə yaşanan məsələ AP-nin deputatları və iclasa dəvət edilən Azərbaycanlı və Ermənistanlı müstəqil ekspertlər tərəfindən çox geniş müzakirə edilib. Müzakirələr zamanı, Sloveniyalı deputat İvo Vayql Ermənistanın işğalçı olduğunu və Azərbaycanın işğala məruz qaldığını, Azərbaycanlıların evlərini tərk etdiyini və cəbhədə iyulun 4-də günahsız insanların ermənilər tərəfindən öldürüldüyünü hər kəsin diqqətinə çatdırılıb.

39 vəzifəli şəxs cəzalandırılıb

11 İyul 2017 16:35

Hesablama Palatasının 2017-ci il İş planına əsasən cari ilin 6 ayı ərzində 31 nəzarət tədbirinin başlanılması və 14 tədbirin nəticələri ilə bağlı Kollegiya qərarları qəbul olunub. Palatadan verilən məlumata görə, nəticələrinə baxılmış nəzarət tədbirlərinin 13-ü audit, 1-i isə analitik təhlil işi olub. 2017-ci ilin İş planına əsasən nəticələri ilə bağlı qərar qəbul olunmuş nəzarət tədbirləri dövlət büdcəsindən ayrılmış xərclərlə yanaşı, büdcədənkənar dövlət fondunun xərclərini və fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə xərcləri əhatə edib.

Bakı Biznes Universiteti Avropa təhsil sisteminə inteqrasiya prosesində

11 İyul 2017 16:33

Bakı Biznes Universiteti Avropa təhsil sisteminə inteqrasiyası üçün son illər çoxşaxəli işlər aparır.Bu gün bu istiqamətdə yeni bir praktiki addım atılmışdır.

Nardaran sakinləri silahlarını polisə təhvil verdilər

11 İyul 2017 16:30

Nardaran sakinləri tüfəng və qumbaranı polisə təhvil veriblər. Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakinləri - əvvəllər məhkum olunmuş Pərviz Atakişiyev müvafiq sənədləri olmayan "İJ-58" markalı ov tüfəngini, Aydın Kazımov isə 1 ədəd "F-1" markalı qumbaranı 42-ci Polis bölməsinə təhvil veriblər.

İndi Ermənistanda Azərbaycan konfetləri də satılır

11 İyul 2017 16:27

Ermənistanda yenə Azərbaycan istehsalı olan məhsullar satılır. Bu dəfə oranın bazarına ölkəmizdə istehsal edilmiş konfetlər yol tapıb.  Bu barədə yerli telekanallardan birinin redaktoru Lori Narine Avetisyan məlumat verib.

"Ölkə başçısının Türkiyəyə səfəri Azərbaycan üçün olduqca əhəmiyyətlidir"

11 İyul 2017 16:22

“Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə keçirilən konqresdə iştirak etməklə göstərdi ki, qarşısına qoyduğu bütün hədəflərə çatıb”. Məlumata görə, bunu millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Türkiyəyə səfərini şərh edərkən deyib. Deputat vurğulayıb ki, Azərbaycan Avropanın, dünyanın enerji təhlükəsizliyində xüsusi yerə və rola malik olan dövlətdir.

Türkiyənin İŞİD hesabatı – Azərbaycanın da adı var

11 İyul 2017 16:21

Türkiyədən keçməklə İŞİD-a qoşulmaq məqsədi ilə münaqişə zonalarına getməyə çalışan əcnəbilərin daha çox hansı ölkədən olduqları açıqlanıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Suriya ilə sərhəddə saxlanılanın böyük qismi Rusiya, Azərbaycan, Fransa, İrandan olub. Yaxalananlar ölkədən deportasiya ediliblər.

Türkiyəni neytrallaşdırmaq istəyən erməni qəzetinə Aygün Attardan sillə kimi cavab

11 İyul 2017 16:18

Türkiyədə ermənilərin nəşr etdirdiyi bədnam “Agos” qəzet bu dəfə Türkiyə dövlətinin Ermənistan-Azərbaycan münaqişəsində tutduğu ədalətli mövqeni tənqidb edib. Qəzet iddia edir ki, Ermənistanın işğalçı siyasətinə rəğmən Türkiyə qonşu dövlət olaraq hər iki ölkə ilə eyni məsafədə dayanmalı, neytral və barışdırıcı mövqe tutmalıdır.

Fransadakı azərbaycanlılar Alxanlı faciəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

11 İyul 2017 16:15

Fransanın Nant şəhərində yaşayan azərbaycanlılar Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi növbəti təxribatla bağlı beynəlxalq təşkilatlara müraciət edib. Bu barədə Azadinform-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Rusiya 30 amerikalı diplomatı ölkədən çıxarmaq istəyir

11 İyul 2017 16:13

Rəsmi Moskva 30 amerikalı diplomatı ölkədən çıxarmaq və ABŞ-ın Rusiyadakı bir neçə obyektinə həbs qoymaq niyyətindədir. Bu barədə “İzvestiya” qəzeti Rusiya XİN-dəki mənbəyə istinadən yazır.