Gündəm
Oqtay Şirəliyev: "Həkimlər xəstəni deyil, xəstəliyi müalicə edirlər"
"Həkimlər xəstəni deyil, xəstəliyi müalicə edirlər". Bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Bakıda Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) 23-cü konqresinin rəsmi açılış mərasimində deyib. Tədbir iştirakçılarına Azərbaycanda səhiyyənin və tibb elminin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verən nazir qeyd edib ki, bugünkü tədbirin mövzuları tibb işçiləri üçün çox əhəmiyyətlidir.
Vəkil: "Vidadi Zeynalov dövlətə vurulan 7 milyon 330 min 536 manat ziyanın hamısını ödəyib"
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın hamısını ödəyib. Bu barədə V. Zeynalovun vəkili Elxan Süleymanlı məlumat verib. O bildirib ki, V. Zeynalov dünən 2 milyon 25 min manat ödəsə də, 536 manat borcunun qaldığı müəyyənləşib.
“Eşqi Nigar” təqdim olunacaq
Gənc Tamaşaçılar Teatrı türk dünyasının ortaq qəhrəmanı olan “Koroğlu” dastanının motivləri əsasında yeni və tam fərqli bir tamaşa hazırlayacaq. Bu məqsədlə Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırımla teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov arasında görüş keçirilib.
Qalmaqallı veriliş bağlandı - Aparıcıları söz davasına çıxmışdı
ARB kanalında yayımlanan "Yarımada" verilişinin yayımı dayandırılıb. Proqram iyunun 30-dan etibarən efirə getmir. Verilişin aparılığını Ülvira Qarayeva və Yeganə Cansail edirdi. Realiti-şou yarışma xarakterli idi. Formata əsasən, verilişin iştirakçıları müxtəlif tapşırıqları yerinə yetirirdilər.
Əməliyyatdan sonra əməkdar artistin halı dəyişdi - TƏCİLİ QAN LAZIMDIR
İyulun 7-də Tibb Universitetinin Cərrahiyyə şöbəsində əməliyyat olunan "Vicdan haqqı" serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynova təcili qan lazımdır.
Azay Quliyev: ATƏT-in Minsk qrupunun fəaliyyəti tənqid olundu
ATƏT Parlament Assambleyasının (PA) Minskdə keçirilən iclasında ATƏT-in Minsk qrupunun fəaliyyəti tənqid olundu. Bunu ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib. Onun sözlərinə görə, iclasda ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyəti ilə bağlı təəssüflər ifadə edildi.
Türkiyə PA: "TANAP-a alternativ yoxdur"
Hazırda Türkiyə bir neçə enerji layihəsi həyata keçirir, lakin TANAP rəsmi Ankara üçün prioritetdir. Bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.
Altı tələbənin ölümünə səbəb olan sürücünun avtobusu etibarnaməsiz idarə etdiyi ÜZƏ ÇIXDI
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vüqar Bayramov ifadə verib.
Əl izləri keçmiş məhkumun yeni c inayətinin üstünü açdı
Paytaxtın 20 Yanvar küçəsindəki mənzillərdən birindən oğurluq edilməsi barədə DİN-in "102 Zəng Mərkəzi"nə müraciət daxil olub. Ev sahibəsi mənzilindən pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar ərazi aidiyyatı üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarından və kriminalistlərdən ibarət əməliyyat qrupu hadisə yerində olub müvafiq araşdırmalar aparıblar. Kriminalistlər mənzili müayinə edib, əl-barmaq izləri götürülüb, digər əməliyyat tədbirləri həyata keçirilib. Hadisə yerindən götürülmüş izlərin müvafiq qaydada ekspertizası əvvəllər məhkum olunmuş Hüseyn Quliyevin əl-barmaq izləri ilə eyniyyət təşkil etməsi barədə rəy verib.
Adını dəyişdirmiş erməni AZƏRBAYCANDA TƏŞKİLAT RƏHBƏRİDİR
“Bir faktı açıqlayım. Bu yaxınlarda sosial şəbəkələrdə Azərbaycan dili haqqında əks təbliğat aparılırdı. Dilimiz təhqir olunurdu. Biz araşdırdıq ki, bunu yayan Azərbaycanda yaşayan adını dəyişdirmiş bir ermənidir. Hətta bir təşkilat rəhbəridir. Özü əsaslandırmağa çalışdı ki, guya tatar mənşəlidir, amma mənşəyi bəlli oldu ki, ermənidir”. Bu fukirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun APA-ya müsahibəsində səsləndirib.
Səssiz gələn ölüm mələyi: "Heç kim ondan sığortalanmayıb..."
Ötən gün Ağdaş Mərkəzi Rayon Xəstəxanasında 9 yaşlı uşaq əməliyyat zamanı həyatını itirib. Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb. Ölüm halı Səhiyyə Nazirliyinin Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hadisələrin araşdırması üzrə Komissiya tərəfindən araşdırılır. Komissiyadan verilən ilkin məlumata əsasən, uşaqda anafilaktik şok yaşanıb. Buna da anestezik məqsədlə istifadə edilən dərman vasitələri səbəb olub.
Bahar Muradova: Bütün ölkələrin parlament dostluq qrupları erməni təxribatı ilə bağlı məlumatlandırılır
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova Füzulidə ermənilərin törətdiyi son təxribatla əlaqədar ATƏT Parlament Assambleyasının sədri Kristina Muttonenə müraciət ünvanlayıb. Bunu B.Muradova bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, məktuba müvafiq sənədlər və şəkillər əlavə edilib.
Azərbaycan səfirliyi Küveyt XİN-ə erməni təxribatı ilə bağlı nota göndərib
Azərbaycan Küveytdəki səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə erməni silahlı birləşmələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribatla bağlı müvafiq nota göndərib.
Tillerson: Qətərə vəziyyəti düzəltmək üçün gəlmişəm
ABŞ-ın dövlət katibi Reks Tillerson Qətərə səfər edib. Trend-in məlumatına görə, onun səfəri Körfəz ölkələri arasında davam edən böhranın kəskinləşməsinin qarşısını almaq məqsədi daşıyır.
Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatına və fəxri diplomuna layiq görülüb
Bakıda öz işinə başlayan Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) 23-cü konqresinin iyulun 11-də rəsmi açılış mərasimi olub. Bakı konqresi Assosiasiyanın 50 illik qızıl yubiley konqresidir. Tədbirin təşkilində əsas məqsəd DTHA-nın növbəti yarıməsrlik tarixini başlamaq üçün tibbi hüquq, bioetika, məhkəmə təbabəti və məhkəmə ekspertizası üzrə dünyanın aparıcı mütəxəssislərinin öz bilik və təcrübələrini bölüşməkdir. Konqresin əsas mövzusu "Tibbi hüquq, bioetika və multikulturalizm"dir.














