“Eşqi Nigar” təqdim olunacaq
Gənc Tamaşaçılar Teatrı türk dünyasının ortaq qəhrəmanı olan “Koroğlu” dastanının motivləri əsasında yeni və tam fərqli bir tamaşa hazırlayacaq. Bu məqsədlə Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırımla teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov arasında görüş keçirilib.
11 İyul 2017 17:28 MədəniyyətGənc Tamaşaçılar Teatrı türk dünyasının ortaq qəhrəmanı olan "Koroğlu" dastanının motivləri əsasında yeni və tam fərqli bir tamaşa hazırlayacaq. Bu məqsədlə Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırımla teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov arasında görüş keçirilib. Teatrdan "Olaylar" - a bildirilib ki, yeni teatr mövsümündə ilk müştətək layihə barədə danışıqlar aparılıb. İkitərəfli danışıqlar nəticəsində bu ilin noyabr ayında Yunus Əmrə İnstitutu və teatrın təşkilatçılığı ilə "Eşqi Nigar" adlı tamaşanın nümayiş etdirilməsi barədə razılıq əldə olunub. "Koroğlu" dastanının motivləri əsasında hazırlanacaq layihədə təkcə tamaşa deyil, "Koroğlu" dastanını əhatə edən digər sənət nümunələri də təqdim olunacaq. Eposu əhatə edən foto, rəssamlıq və kitabların sərgisi qəhrənmanlıq dastanının gənc nəsil tərəfindən tanınmasına şərait yaradacaq.
Layihənin reallaşmasında əsas məqsəd Azərbaycan-Türkiyə ortaq mədəni dəyərlərini öyrənməkdi. Tamaşanın quruluşçu rejissoru,əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Yeni səhnə əsərində əsas obrazları ADGTT-nın aktyorları ifa edəcək. Tamaşanın Bakı premyerası noyabr ayının ortalarında, Türkiyə Cümhuriyyətinin Bolu şəhərindəki nümayişi isə dekabr ayında nəzərdə tutulub.