Gündəm
Premyer Liqa klublarının maliyyə itkisi artır
"Vysyble" kompaniyası tərəfindən aparılan araşdırma Premyer Liqa klublarının müntəzəm maliyyə itkisinə məruz qaldığını təsdiq edib.
İlham Əliyevdən ŞOK sərəncam
Prezident İlham Əliyev Novruzəli Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Növbəti qətliam: Ermənistanın təxribatları daha geniş miqyas alır
Bütün dünyanın beynəlxalq terrorla necə mübarizə aparmağın lazım gəldiyini müzakirə etdiyi bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təxribatını həyata keçirdi. Füzuli rayonunun Alxanlı kəndində işğal edilmiş ərazilərdən atılan top atəşi nəticəsində 50 yaşlı qadın və onun 2 yaşlı nəvəsi həlak olub.
Şövkət Məmmədovanın 120 illik yubileyi keçiriləcək
Azərbaycan Prezidenti İlham Əliyev Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında sərəncam imzalayıb. 2017-ci ildə Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Həsən qızı Məmmədovanın 120 illiyi tamam olur.
Bir sıra apellyasiya məhkəmələrinə sədr təyin edilib
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra apellyasiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Ali Məhkəmənin Mülki və Hərbi kollegiyalarının sədrləri təyin edilib
Prezident İlham Əliyev Azərbaycan Ali Məhkəməsinin bəzi məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Şəlalə Ağakərim qızı Məmmədova Azərbaycan Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib.
Akif Şəfiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev dövlət sərhədinin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə, Akif Əli oğlu Şəfiyevin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı bu gün həmçinin, A.Şəfiyevin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında da sərəncam imzalayıb.
"Qalatasaray" "Sevilya"nın müdafiəçisi ilə anlaşdı
"Qalatasaray" mövsümlərarası fasilədə 4-cü əcnəbi transferinə hazırlaşır. "Cim-bom" müdafiənin sağ cinahındakı problemi yoluna qoymaq üzrədir. Belə ki, Sabri Sarıoğlunun gedişindən sonra boş qalan cinahda yeni mövsümdən "Sevilya"nın oyunçusu Marianonun oynaması gözlənilir. Çünki "sarı-qırmızılılar" İspaniya klubu ilə aparılan uzunmüddətli danışıqlardan sonra qarşı tərəfin razılığını ala bilib. La Liqa təmsilçisi İstanbul nəhənginin 4,6 milyon avroluq təklifini qəbul edib. 31 yaşlı oyunçunun yaxın günlərdə yeni komandası ilə 3 illik müqavilə imzalaması gözlənilir.
"Real" növbəti transferini rəsmiləşdirdi
"Real" mövsümlərarası fasilədə növbəti transferini gerçəkləşdirib. "kral klubu" "Betis"in yarımmüdafiəçisi Daniel Sebalyosla münasibətləri rəsmiləşdirib. "Barcelona"nın da maraq dairəsində olan 21 yaşlı orta sahə oyunçusu Madrid təmsilçisində tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləni imzalayıb.
"Uşağımın öldüyünü məndən 4 saat gizlətdilər" - Əməliyyatda ölən uşağın atası
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında əməliyyat zamanı ölən Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Seymur Mehralıyevin atası Qoşqar Mehralıyev oğlunun ölümü ilə bağlı ilginc açıqlamalar verib. Mərhumun valideyni açıqlamasında deyib ki, oğlunun əməliyyat olunmasını həkimlər israr ediblər: "Uşağım evdə pilləkəndən yıxılmışdı. Apardıq Ağdaş Rayon Mərkəzi Xəstəxanasına. Bizi İdris Əliyev qəbul etdi. Gipsə qoyulmuşdu. Həkimə dedim ki, bəlkə başqa formada müalicə edəsiz. İdris doktor dedi ki, mütləq əməliyyat olunmalıdır. Uşağıma narkoz verib öldürüblər, əməliyyat olunmayıb.
Səudiyyədə 6 nəfər edam edildi
Səudiyyə Ərəbistanında altı məhbusa ölüm cəzası tətbiq edilib. Bir Pakistan vətəndaşı narkotik qaçaqmalçılığına görə boynu vurularaq edam edilib. Daha beş yerli vətəndaş isə qətlə görə eyni qayda ilə edam edilib.
Gürcüstan vətəndaşları Prezident İlham Əliyevi "Ən xoşniyyətli dünya lideri" adlandırıblar
Gürcüstan vətəndaşları Azərbaycan Prezidenti İlham Əliyevi "Ən xoşniyyətli dünya lideri" adlandırıblar. Gürcüstanın nüfuzlu qəzeti "Həftəlik palitra" iyulun əvvəlində "Ən xoşniyyətli lider" mövzusunda soğru keçirib. Sorğuda iştirak edən təxminən 500 respondent "Hansı liderin daha xoşniyyətli siyasətçi olduğunu düşünürsünüz?" sualına cavab verib.
Yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb
Bakı-Şamaxı avtomobil yolunun 12.8-ci km-də, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb. “OLAYLAR”-ın “Azəravtoyol” ASC-nin mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, dəmir-beton özül dayaqları üzərində qurulan metalkonstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edir. Pilləkan hissələri də daxil qalereyasının ümumi uzunluğu 64.75 metr, eni isə 3 metrdir. Keçidin yol səthindən hündürlüyü 5.5 metr-dir.
Mübariz Qurbanlı Özbəkistan nümayəndə heyəti ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri müfti Usmonxon Alimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycana gələn turistlərin sayı açıqlandı
İlin birinci yarısında Azərbaycana səfər edənlərin sayında artım qeydə alınıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bu ilin birinci yarısında Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 min 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olub. Bu dövrdə Türkiyə Respublikasından Azərbaycana 138 min 692 nəfər gəlmişdir ki, bu da ötən illə müqayisədə 7,6% azalma deməkdir.













