Akif Şəfiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev dövlət sərhədinin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə, Akif Əli oğlu Şəfiyevin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı bu gün həmçinin, A.Şəfiyevin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında da sərəncam imzalayıb.
11 İyul 2017 18:17 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev dövlət sərhədinin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə, Akif Əli oğlu Şəfiyevin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı bu gün həmçinin, A.Şəfiyevin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında da sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, general-mayor A.Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın. AZƏRTAC