"Qalatasaray" "Sevilya"nın müdafiəçisi ilə anlaşdı

"Qalatasaray" mövsümlərarası fasilədə 4-cü əcnəbi transferinə hazırlaşır. "Cim-bom" müdafiənin sağ cinahındakı problemi yoluna qoymaq üzrədir. Belə ki, Sabri Sarıoğlunun gedişindən sonra boş qalan cinahda yeni mövsümdən "Sevilya"nın oyunçusu Marianonun oynaması gözlənilir. Çünki "sarı-qırmızılılar" İspaniya klubu ilə aparılan uzunmüddətli danışıqlardan sonra qarşı tərəfin razılığını ala bilib. La Liqa təmsilçisi İstanbul nəhənginin 4,6 milyon avroluq təklifini qəbul edib. 31 yaşlı oyunçunun yaxın günlərdə yeni komandası ilə 3 illik müqavilə imzalaması gözlənilir.  

Qeyd edək ki, bundan əvvəl Maykon, Yunes Belhanda və Bafetimbi Qomisi transfer edən "Qalatasaray" "Vest Hem"in yarımmüdafiəçisi Sofian Fequli, "Şalke"nin hücumçusu Yevgeni Konoplyanka və "Roma"nın orta sahə oyunçusu Villiam Vaynkuerlə də maraqlanır. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31