Əməliyyatdan sonra əməkdar artistin halı dəyişdi - TƏCİLİ QAN LAZIMDIR

İyulun 7-də Tibb Universitetinin Cərrahiyyə şöbəsində əməliyyat olunan "Vicdan haqqı" serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynova təcili qan lazımdır.

İyulun 7-də Tibb Universitetinin Cərrahiyyə şöbəsində əməliyyat olunan "Vicdan haqqı" serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynova təcili qan lazımdır.

Əldə etdiyimiz məlumata görə, aktyora "3+" rezurslu qan köçürülməlidir. Aktyor səhhətinin yaxşı olduğunu, lakin qanazlığından əziyyət çəkdiyini deyib: " 5 gündür ki, palataya köçürülmüşəm. İndi yaxşıyam. Qanım az olduğu üçün ayağa duranda başım hərlənir. Qan vurulacaq". Cərrah Cəfər Nəsirli də saytımıza açıqlamasında aktyorun qanazlığından əziyyət çəkdiyini deyib: "Əslində, İlham Hüseynovun əməliyyatdan öncə də qanazlığı problemi olub. Onun qana ehtiyacı var. Səhhəti yaxşıdır, iki-üç günə evə buraxılacaq".Yenicag.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31