Rusiya 30 amerikalı diplomatı ölkədən çıxarmaq istəyir

Rəsmi Moskva 30 amerikalı diplomatı ölkədən çıxarmaq və ABŞ-ın Rusiyadakı bir neçə obyektinə həbs qoymaq niyyətindədir. Bu barədə “İzvestiya” qəzeti Rusiya XİN-dəki mənbəyə istinadən yazır.

Rəsmi Moskva 30 amerikalı diplomatı ölkədən çıxarmaq və ABŞ-ın Rusiyadakı bir neçə obyektinə həbs qoymaq niyyətindədir. Bu barədə "İzvestiya" qəzeti Rusiya XİN-dəki mənbəyə istinadən yazır. Nəşr qeyd edir ki, belə bir addıma ABŞ-ın ölkədəki Rusiya səfirliyinə məxsus mülkiyyətə 2016-cı ilin dekabr ayında qoyulan həbsi götürməməsi səbəb olub. Bu məsələ Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın görüşündə də həllini tapmayıb. Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31