Mövsümə premyera ilə yekun vurulacaq

Musiqili Teatrı 107-ci teatr mövsümünü bu həftəsonu başa vuracaq. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu“Olaylar” – a bildirib ki, mövsümün bağlanışı premyera ilə əlamətdar olacaq Belə ki, iyulun 14 və 15 – i saat 19.00-da tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyası təqdim olunacaq.

Musiqili Teatrı 107-ci teatr mövsümünü bu həftəsonu başa vuracaq. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, mövsümün bağlanışı premyera ilə əlamətdar olacaq Belə ki, iyulun 14 və 15 - i saat 19.00-da tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" iki hissəli komediyası təqdim olunacaq. Tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, rejissor-assistenti Tamilla Aslanovadır.
Tamaşada rolları əməkdar artistləri Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elnarə Nağdəliyeva, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Şaban Cəfərov, Pərviz Məmmədov və Fərid Rzayev ifa edirlər.

Qeyd edək ki, əsəri Azərbaycan dilinə Dilsuz Mustafayev tərcümə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31