“5-ci kolon”un fəallığının artması nəyə hesablanıb?
Bir qayda olaraq Azərbaycan mühüm siyasi proseslər ərəfəsində olanda, yaxud ölkə beynəlxalq əhəmiyyətli konfrans və forumlara evsahibliyi etdiyi zaman kəsiyində Bakı müxtəlif istiqamətlərdən təzyiqlərlə üzləşir.
11 İyul 2017 13:30 SiyasətBir qayda olaraq Azərbaycan mühüm siyasi proseslər ərəfəsində olanda, yaxud ölkə beynəlxalq əhəmiyyətli konfrans və forumlara evsahibliyi etdiyi zaman kəsiyində Bakı müxtəlif istiqamətlərdən təzyiqlərlə üzləşir. Son illərin praktikası ondan xəbər verir ki, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi etdiyi ərəfədə Bakı Qərbdən, mühüm siyasi proseslər, xüsusilə seçkilər zamanında isə şimaldan təzyiqlərlə qarşı-qarşı qalır. Əgər Qərbin Azərbaycana təzyiqi zamanı ona daxildəki radikal düşərgə, xüsusilə erməni lobbisinin maliyyə yardımı ilə illərdir ayaqda duran bəzi müxalifət partiyaları dəstək verirsə, bu və ya digər seçki ərəfəsində (xüsusilə prezident seçkilər) isə şimaldan gələn təzyiqlərin daxildəki hərəkətverici qüvvəsi rolunu "5-ci kolon" oynayır. Azərbaycanda növbəti dəfə keçiriləcək prezident seçkilərinə bir ildən bir qədər artıq bir vaxt qaldığını nəzərə alsaq və son vaxtlar şimal qonşumuzdan Bakıya yönəlik təzyiqlərə diqqət yetirsək açıq şəkildə deyə bilərik ki, son illərdə olduğu kimi yenə əsas hədəf 2018-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində Azərbaycana təsir göstərməklə müəyyən güzəştlər əldə etməkdir. Qeyd etdiyimiz kimi bir qayda olaraq Rusiyanın maraqlarına xidmət edən "5-ci kolon" da aktiv fəaliyyət fazasına qədəm qoyub. Elə son vaxtlar cərəyan edən proseslər və Azərbaycana şimaldan yönələn mənfi münasibətə diqqət yetirən ekspertlər də bu qənaətdədirlər ki, Moskva 2018-ci ilin prezident seçkilərinə "hazırlaşır". Və bu hazırlıq prosesinin "şagirdləri" isə daxildəki "5-ci kolon" təmsilçiləridir. Müstəqil ekspert Rövşən Məmmədli də deyir ki, Azərbaycanda Rusiyanın maraqlarının aşkar təmsilçisi olan, bu ölkəyə "sevgisi" ilə seçilən "5-ci kolon"un vətəndaş cəmiyyətinə təzyiqləri artırmaqdadır. Onun sözlərinə görə, ölkədə siyasi və iqtisadi sahələrdə liberal islahatların qarşısnın alınması üçün şimal qonşumuzun təmsilçiləri olan "5-ci kolon" nümayəndələri dəridən qabıqdan çıxmaqdadırlar: "Şübhəsiz ki,bu hal da Qərblə soyuq olan münasibətlərə rəvac verir. Rusiyanın qarşısında hər bir oyundan çıxan bu təmsilçilər, az da olsun Kremldən Qarabağ məsələsində güzəştlərə getməsini belə tələb etmirlər. Təəssüflər olsun ki, Qarabağ problemi heç "5-ci kolon"un yadınada düşmür. Onlar hər şeyin yaxşı olacağını Rusiyaya birləşməkdə, yaxud ona kölə olmaqda görürlər". Ekspert qeyd edib ki, bir çoxları Ermənistanı Rusiyanın forpostu adlandırsalar da, ancaq bu zahirən belədir: "Əslində Ermənistan fahişələr səfeh kişilərin ciblərini soyduqları kimi, Rusiyanın ağuşuna atılıb Moskvanı inək kimi sağır. Üstəlik Rusiyanın əli ilə Azərbaycanımızın cənnət guşəsi olan 20 faiz torpağını 25 ildir işğal altında saxlayırlar. Yəni ermənilər Rusiyaya forpost olmaqla əslində hiyləgərliklə öz niyyətlərinə çatırlar". Rövşən Məmmədli qeyd edib ki, hazırda Azərbaycan Rusiyanın forpostu olmasa da, lakin arzuedilməz bir vəziyyətdədir: "Çünki hazırda Dağlıq Qarabağ məsələsində heç bir uduşumuz yoxdur. Nə torpaqlarımızı geri ala bilirik, nə də Kreml imkan vermir ki, iqtisadiyyatımızı quraq. Ermənistanın bir gözü Qərbdə olduğundan, həmçinin Rusiyanın "əl qolunu" bağlaması görüntüsü yaratdığından Qərblə də dil tapmağı bacarır və son müşahidələrdə bunu təsdiqləyir. Artıq Ermənistan üzdə Rusiya ilə, daxildə isə Qərblədir. Bu hal isə Azərbaycan üçün olduqca qorxulu oyundur". Ekspert onu da diqqətə çatdırıb ki, Ermənistan Qərbə yalnız Qarabağı ələ keçirmək üçün üz tutur və belə demək mümkünsə Qarabağ naminə Rusiyaya "xəyanət" edir". Rövşən Məmmədli təəssüf hissi ilə qeyd edib ki, belə bir situasiyanın yetişməsi nə qədər qəribə və ağrıdıcı olsa da, Azərbaycandakı "5-ci kolon" üçün də sərfəlidir: "Odur ki, Azərbaycanın az çox sevəni varsa papaqlarını qabağa qoyub fikirləşməlidir. "5-ci kolon"un təmsilçiləri barədə ölçü götürülməlidir. Rusiya və Qərblə yalnız beynəlxalq hüquq normaları müstəvisi əsasında münasibətlər qurmalı, Ermənistanın işğalçı qüvvələrini isə nəsə gözləmədən Azərbaycanın ərazilərindən vurub çıxartmalıyıq. Gecikmək bizə baha, özü də çox baha başa gələ bilər. Erməni faşizmi gecə-gündüz Azərbaycanı məhv etmək üçün plan işləyir, xəyallar qurur, buna fürsət axtarırlar".
Politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, "5-ci kolon" təmsilçiləri bütün parametrləri üzrə Azərbaycanda Rusiyanın maraqlarının təmin olunmasına çalışırlar. Onun sözlərinə görə, bir müddət əvvəl rus dili ilə bağlı məsələnin ortaya atılması da təsadüfi deyildi: "Ölkədə "5-ci kolon" tərəfindən irəli sürülən rus dilinin önəmi barədə səslənən fikirlər, birbaşa dövlətçiliyimiz əleyhinə formalaşmış fikirlərdir. Həmçinin bu, Rusiyanın səssiz işğal planının bir hissəsidir. Rusiyada post-sovet ölkələrinin kiril əlifbasına keçməsi üçün geniş kampaniya aparılır. Ölkəmizdə rus dilinin gündəmə gətirilməsi məhz, birbaşa Moskvadan idarə olunan prosesdir. Qeyd edim ki, son illərdə rəsmi Kreml Cənubi Qafqaza və Mərkəzi Asiyaya qarşı elmi-mədəni siyasət formalaşdırır. Bununla da yetişən gənc nəsillərdə Rusiyaya qarşı müsbət ideoloji fikir formalaşdırmaq məqsədi daşıyır. Azərbaycanda rus dilinin dövlət səviyyəsinə qaldırılması dilimizi işğal etməkdir. Ölkədə rus sektorları ləğv edilməlidir. Avrointeqrasiya siyasəti aparılmalıdır. Ukrayna, Pribaltika ölkələri və Gürcüstanın Rusiyadan siyasi olaraq yolları ayrıldıqdan sonra inkişafa doğru irəliləyirlər. Azərbaycanın da seçimi bu olmalıdır".
S.İsmayılbəyli