İtaliyanın daha bir klubu satışa çıxarıldı

"Genoa" futbol klubunun satılmasına dair razılıq əldə olunub. Bu barədə Genuya təmsilçisinin prezidenti Enriko Pretsiozi "Reuters"ə açıqlama verib.

"Genoa" futbol klubunun satılmasına dair razılıq əldə olunub. Bu barədə Genuya təmsilçisinin prezidenti Enriko Pretsiozi "Reuters"ə açıqlama verib.

O, bildirib ki, bununla bağlı bütün məsələlər razılaşdırılıb və satış yeni mövsümün startı ərəfəsində rəsmiləşəcək. Hələlik potensial müştərilərin adları bilinmir. Enriko Pretsiozi "Genoa"nı 2003-cü ildə satın alıb və klubu iflas olmaqdan qurtarıb. Bu ilin yanvarında futbolçuların kütləvi satılması səbəbindən azarkeşlərlə klub rəhbərliyi arasında gərginlik yaranıb. A seriyasında mübarizə aparan Genuya təmsilçi sonuncu mövsümdə elitada yerini çətinliklə qoruyub. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31