Azərbaycan Ermənistan və Rusiya sərhədçilərinin Dağlıq Qarabağda təlimlər keçməsi barədə məlumatı araşdırır

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni KİV-lərində yayılmış Ermənistan və Rusiya sərhədçilərinin işğal olunmuş Dağlıq Qarabağ ərazilərində birgə təlimlər keçməsi barədə məlumatı araşdırır. Bunu müraciətini cavablandıran XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu məlumat diplomatik kanallar vasitəsilə araşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl,erməni KİV-ləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinə istinadən Dağlıq Qarabağda İran ərazisindən keçən sərhəd pozucularının qarşısının alınması ssenarisi üzrə təlimlər keçirildiyini bildirmişdi. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31