Binanın damından kabel oğurlayan yaxalanıb

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 10-da Nəsimi rayonu A.Mustafayev küçəsindəki binalardan birinin üzərində quraşdırılan “Azerconnect” şirkətinə məxsus ötürücü bazanı rabitə ilə təmin edən kabelin 40 metrlik hissəsi kəsilərək oğurlanıb. Nəsimi Rayon Polis İdarəsinin 19-cu polisbölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Röyal Əliyev tutulub.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, iyulun 10-da Nəsimi rayonu A.Mustafayev küçəsindəki binalardan birinin üzərində quraşdırılan "Azerconnect" şirkətinə məxsus ötürücü bazanı rabitə ilə təmin edən kabelin 40 metrlik hissəsi kəsilərək oğurlanıb. Nəsimi Rayon Polis İdarəsinin 19-cu polisbölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Röyal Əliyev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31