Tikinti şirkətinin seyfi oğurlanıb
İçərisində 5500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidməti və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki tikinti şirkətlərindən birinin ofisindən içərisində 5500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub. Onun əvvəllər məhkum olunmuş Əmrah Quliyev olduğu müəyyən edilib.
11 İyul 2017 13:05 Kriminalİçərisində 5500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidməti və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki tikinti şirkətlərindən birinin ofisindən içərisində 5500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub. Onun əvvəllər məhkum olunmuş Əmrah Quliyev olduğu müəyyən edilib.