"Qəbələ"nin sabiq futbolçusu Cənubi Koreya klubunda

"Qəbələ"nin keçmiş futbolçusu Daniel Subotiç özünə yeni komanda tapıb. İsveçrəli hücumçu Cənubi Koreyanın "Ulsan Hyuindai" klubu ilə hazırkı mövsümün sonunadək müqavilə bağlayıb. 28 yaşlı oyunçu xorvatiyalı Miroslav Orsiçlə birgə hücum tandemini təşkil edəcək. 

Hazırda "Ulsan" 12 komandalı çempionatda 3-cü pillədədir. Lakin komanda 19 oyuna cəmi 18 qol vurub ki, bu da cari mövsümdə 3-cü ən zəif göstəricidir.

Qeyd edək ki, Daniel Subotiç "Qəbələ"də iki dəfə forma geyinib. O, 2013-2014 mövsümündə 29 oyuna 12 qol vurub. Subotiç ötən mövsümün ikinci yarısını da "qırmızı-qaralar"ın heyətində keçirib. Subotiç bu dəfə 11 matçda 3 dəfə fərqlənib. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31