Azərbaycan diplomatiyasının mühüm səhifələrindən biridir”
"Cənab Prezident İlham Əliyevin Türkiyədə keçirilən XXII beynəlxalq neft konqresinin işində iştirakı, etdiyi nitqi və keçirdiyi ikitərəfli görüşləri müstəsna əhəmiyyət daşıyır”. Bunu millət vəkili Musa Qasımlı deyib.
11 İyul 2017 12:52 Siyasət"Cənab Prezident İlham Əliyevin Türkiyədə keçirilən XXII beynəlxalq neft konqresinin işində iştirakı, etdiyi nitqi və keçirdiyi ikitərəfli görüşləri müstəsna əhəmiyyət daşıyır". Bunu millət vəkili Musa Qasımlı deyib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ dövlət katibi Tillerson və b. ilə keçirilən görüşlər həm ikitərəfli, həm regional, həm də beynəlxalq baxımdan faydalıdır: "Bu görüşlər zamanı aparılan müzakirələr cənab Prezidentimizin liderliyi altında Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun və dünya işlərində rolunun artdığını göstərir. Konqresdə edilən nitq özünün dərin məzmunu, mahiyyəti və böyük hədəfləri baxımından diqqəti cəlb etdi. Bu nitq Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyində müstəsna yer tutduğunu bir daha təsdiq etdi. Hesab edirəm ki, səfər Azərbaycan diplomatiyasının mühüm səhifələrindən biridir".