Azər Həsrət: “Ermənistanı müdafiə etmək üçün imkanlar tükənib”
“Cəbhədə baş verənlər barəsində beynəlxalq təşkilatların susqunluğuna, yerinə yetirilməyən BMT qətnamələri kimi məsələlərə adətən əsəbi reaksiya veririk. Çünki ədalət istəyirik. Amma bu dəfə əsəbi deyil, pozitiv yanaşmaq istərdim”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
11 İyul 2017 12:23 Siyasət"Cəbhədə baş verənlər barəsində beynəlxalq təşkilatların susqunluğuna, yerinə yetirilməyən BMT qətnamələri kimi məsələlərə adətən əsəbi reaksiya veririk. Çünki ədalət istəyirik. Amma bu dəfə əsəbi deyil, pozitiv yanaşmaq istərdim". Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatların bəzilərinin susqunluğu bizim mövqeyimizlə razılaşmaq əlamətidir: "Yəni bizə qarşı deməyə söz tapsaydılar, mütləq deyərdilər. Tapa bilmirlər. Eyni zamanda belə düşünə bilərik ki, həmin qurumlar artıq o qənaətə gəlib ki, Ermənistanı müdafiə etmək üçün imkanlar tükənib. Azərbaycan öz bildiyi yolla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll edib işğal faktını aradan qaldıra bilər. Bu isə bizə ən qısa müddətdə hərbi güclə işğalçını torpaqlarımızdan qovub ədaləti bərpa etməyə haqq verir. Biz belə edərsək, yəqin ki, o təşkilatlar susmağa davam edəcəklər". Sia.az