Beynəlxalq birlik işğalçıya qarşı addımlar atmalıdır
“Minsk qrupunun həmsədrləri ATƏT-in təməl sənədlərinə riayət etməlidir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib.
11 İyul 2017 12:38 Siyasət"Minsk qrupunun həmsədrləri ATƏT-in təməl sənədlərinə riayət etməlidir". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib. O, bildirib ki, ATƏT-in Minsk qrupu öz vasitəçilik missiyasında BMT Təhlükəsizlik Şurasının qətnamələrini əsas götürərək ilk növbədə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi ilə məşğul olmalıdır: "Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozub, başqa bir dövlətin ərazisini işğal edib. Minsk qrupu öz missiyasını beynəlxalq hüquq əsasında qurmalıdır. Amma bunun əvəzində biz həmsədrlərin işğalçı Ermənistana qarşı loyal münasibətini görürük. Əslində, onlar öz fəaliyyətlərini beynəlxalq şüquq normaları və BMT TŞ-nın qərarları əsasında qurmalıdırlar. Əks halda həmsədrlərin regiona turist səfərlərinin həs bir əhəmiyyəti yoxdur. Təəssüf ki, həmsədrlər indiyə qədər münaqişənin həllinə heç bir töhfə verə bilməyiblər. İşğalçı Ermənistana qarşı ciddi təpkilər olmadığı halda təxribatlarını davam etdirəcək. Ona görə də, beynəlxalq birlik beynəlxalq hüquq normaları çərçivəsində işğalçıya qarşı addımlar atmalıdır".