Gündəm
Beynəlxalq təşkilatların ikili standartları
Ermənistan özünün işğalçılıq və separatçılıq siyasətinin yeni mərhələsinə start verib. Artıq bir neçə aydır ki, düşmən ölkə cəbhə xəttində atəşkəsin pozulması hallarını intensivləşdirib, Qarabağda gərginliyi bir qədər də artırıb.
Ailədə uşaq hüquqlarının pozulması valideynlik hüququndan məhrumetmə ilə nəticələnə bilər
Günümüzdə müşahidə etdiyimiz mənfi tendensiyalardan biri də ailədə uşaqların hüquqlarının pozulması, onların valideynlər tərəfindən incidilməsi, bəzən isə qeyri-insani rəftar hallarının baş verməsidir. Bu gün tez-tez rast gəldiyimiz hallardır ki, uşaq ailədə valideynlərdən biri tərəfindən şiddətə məruz qalır, yaxud o valideyn tərəfindən məcburi əməyə cəlb olunur.
"Sevil Massivi" MTK-nın vəzifəli şəxslərinə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Sevil Massivi” MTK-nın vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Aynur Zeynalov 9 il, Zabit Çələbiyev və Elmin İsmayılovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Putin ən yaxşı generallarını... - MÜHARİBƏ HAZIRLIĞI?
Rusiya prezidenti Vladimir Putin Cənub hərbi dairəsinə daxil olan 8-ci ümumqoşun ordusunun komandanlığını təyin edib. Bu haqda Rusiya Silah Qüvvələri Baş Qərargahındakı yüksək vəzifəli mənbəyə istinadən “Kommersant” nəşri bildirib. Hərbi birləşmənin komandanlığı bir neçə ay ərzində xüsusi diqqətlə seçilib.
16 yaşlı oğlan bacısının məşuqunu öldürdü
Türkiyənin Muğla rayonunun Fethiye Mahalında 16 yaşlı D. Ç 19 yaşlı bacısı Reyhan Gül Ç.-nin 32 yaşlı sevgilisi Harun Eryılmazı bıçaqlayaraq öldürüb. Hadisə saat 22.00 radələrində Tuzla Məhəlləsi Süleyman Dəmirəl Bulvarında baş verib. İddiaya görə, şəhərlərarası avtobuslardan birində sürücü olaraq çalışan Harun Eryılmaz birlikdə yaşadığı Reyhan Gül Ç. ilə mübahisə edib.
ŞOK: “Hitler” 128 yaşında Argentinada tapıldı və bunları söylədi
Argentinanın Şimal-Qərbində yerləşən Salta şəhərində yaşlı bir kişi bildirib ki, məhz o, totalitar diktaturanın banisidir və son 70 ildə gizlənmək məcburiyyətində qalıb.
İlham Əliyev Monqolustanın yeni Prezidentini təbrik etdi
Prezident İlham Əliyev Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqaya təbrik məktubu göndərib.
Hamilə qadının bətnində vəhşi heyvan göründü - USM zamanı ŞOK
Valideyn olmağa hazırlaşan cütlük 20 həftəlik körpələrini ultra səs müayinəsi (USM) etdirən zamanı gördüklərindən şok keçirib. Eşli Mid və Qerry Tusson adlı cütlük 20 həftəlik körpələrinin USM görüntülərinə nəzər saldıqda vəhşi bir heyvanın onlara baxdıqlarını görüb. "Game of Thrones" (Taxt Oyunları) serialının böyük pərəstişkarı olan cütlük ilk əvvəl şok olsa da, daha sonra bunu yaxşılığa doğru yozmağa çalışıb.
ABŞ və Rusiyanın anti-Türkiyə PLANI - ŞOK DETALLAR
Türkiyəyə qarşı Suriyanın Mümbiç şəhərində oynanılan oyunun eynisi Afrində səhnələşdirilir. Ankaraya PKK-nın Mümbiçi boşaldacağı barədə verdiyi sözünü yerinə yetirməyən ABŞ indi Türkiyənin Afrinə müdaxiləsinə maneə olmağa çalışır.
Xarici rektor erməni özbaşınalığından danışdı
“2 yaşlı körpənin öldürülməsi dünyanın harasında, hansı vəziyyətdə baş verməsindən asılı olmayaraq heç bir bəraəti olmayan cinayət faktıdır”. Bu sözləri Qərb Universitetinin rektoru professor Andris Leitas jurnalistlərə açıqlamasında Ermənistanın azərbaycanlı mülki əhalinin yaşadığı ərazini atəşə tutması nəticəsində 2 yaşlı Zəhranın həlak olması faktına münasibət bildirərkən deyib.
Yeni Zelandiya sahillərində güclü zəlzələ - 6,8 bal
Sakit okeanda, Yeni Zelandiya sahillərində Rixter cədvəli ilə 6,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Oklend adasından 214 kilometr məsafədə yerin 10 kilometr dərinliyində qeydə alınıb. Hadisə nəticəsində itkilərin qeydə alınmadığı bildirilib. Sunami xəbərdarlığı da verilməyib.
22-ci Dünya Neft Konqresi Azərbaycana nə vəd edir?
"Azərbaycan neft ölkəsidir və təbiidir ki, dünyada neftlə, enerji daşıyıcıları ilə bağlı baş verən proseslərə, eləcə də bu məsələrlə bağlı dövlət başçılarının iştirakı ilə keçirilən böyük tədbirlərə ölkəmizin qatılması mühüm əhəmiyyətə malikdir. Azərbaycanın Türkiyədə baş tutan 22-ci Dünya Neft Konqresində təmsil olunması, həm ölkəmizin mövqeyinin açıqlanması, həm də ayrı-ayrı ölkələrin lidelərinin bu sahədə obyektiv qərarlara təsir etməsi baxımından çox önəmli idi”. Bunu iqtisadçı-ekspert Azər Mehdiyev deyib.
"Müharibə göstərdi ki, bizim tanklar işə yaramır..." - Ermənilərdən ETİRAF
Xəbər verildiyi kmi Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan gəmilərlə Bakıya növbəti silah-hərbi sursat partiyasının gətirilməsinə dair görüntüləri yayıb. Görüntülərə əsasən, gəmilərdən çoxsaylı raket konteynerləri boşaldılır. Nazirlik gətirilən silahların adlarını açıqlamasa da hərbi ekspertlər bunların "Solntsepyok" TOS-1A ağır odsaçan sistemlərinə və "Smerç" reaktiv yaylım atəşi sistemlərinə aid raketlər olduğunu müəyyən ediblər. Bundan əvvəl Rusiyadan Azərbaycana "Xrizantema-S" tank əleyhinə raket komplekslərinin böyük partiyası gətirilmişdi.
70,8 min manat gecikdirilmiş sosial ödənişlər işçilərə ödənildi
Cari ilin yanvar-iyun aylarında vətəndaş müraciətlərinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində 70 828 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.
Məmmədyarov-Nalbadyan görüşünün vaxtı açıqlandı
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında 11 iyul tarixində Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüş yerli vaxtla 19.00-da baş tutacaq. Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.














