Gündəm

Dəniz nəqliyyatından istifadə edən sərnişinlərin sayı artıb

11 İyul 2017 11:33

Ötən ay “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmi çoxalıb. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, artım tendensiyası həm maye, həm də quru yüklərdə qeydə alınıb. Hesabat dövründə 1542 avtomaşının daşınıb. Bunlardan 682-si Ro-Ro, 859-u isə bərə daşımalarının payına düşür. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 146 ədəd çoxdur. Hesabata görə, ötən ay dəniz nəqliyyatı ilə 4200 vaqon daşınıb. Keçən ilin eyni dövründə həmin rəqəm 2758 olub. Sözügedən dövrdə ümumilikdə 348522 ton maye, 93463.3 ton quru yüklər daşınıb.

İranla turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

11 İyul 2017 11:32

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın mədəniyyət və islami irşad nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezaminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR və İNPEX şirkətləri arasında əməkdaşlıq davam edir

11 İyul 2017 11:29

Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında SOCAR-ın gənc mühəndisləri üçün Tokio şəhərində həyata keçirilən təlim proqramlarına və İNPEX şirkəti ilə əməkdaşlığa dair tədbir keçirilib.

Millət vəkili Rüfət Quliyevin “Dünya iqtisadiyyatı və Azərbaycan” adlı kitabı işıq üzü görüb

11 İyul 2017 11:27

İqtisad elmləri doktoru, professor, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevin “Dünya iqtisadiyyatı və Azərbaycan” adlı kitabı işıq üzü görüb. “OLAYLAR”-a daxil olan məlumata görə, kitabda müəllifin 2008-2016-cı illər ərzində Azərbaycanda (əsasən “İqtisadiyyat” qəzetində) və xarici ölkələrdə nəşr olunmuş məqalələri toplu halında verilir və onlara aid olan aktual baxışlar, yeni məlumatlar də əlavə olunur.

Mübariz Əhmədoğlu: “Azərbaycanın Rusiya ermənilərinə münasibəti çox fərqli ola bilərdi”

11 İyul 2017 11:26

“Rusiya Xarici İşlər Nazirliyinin son vaxtlar ermənilərin bütün, o cümlədən separatçı hərəkətlərinə dəstək verməsi göz qabağındadır”. Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. 

QHT rəsmisi: “Düşmən öz anladığı dillə, anladığı üsulla cəzalandırılmalıdır”

11 İyul 2017 11:23

"İşğalçı Ermənistan silahlı qüvvələrinin bugünlərdə Füzulinin Əlixanlı kəndində növbəti təxribatı nəticəsində həyatını itirmiş günahsız insanların – nənə və körpə nəvənin öldürülməsi, daha bir qadın vətəndaşımızın isə ciddi yaralanması hadisəsinə Azərbaycanda, dünyada verilən reaksiyaları diqqətlə izləyirik”. Bunu  Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Eldar Mahmudovun həbsi gündəmdə...

11 İyul 2017 11:20

"Proseslərin sonunda, verilən ifadələr əsasında istənilən hər bir şəxsə cinayət işi açıla bilər. Eyni zamanda keçmiş nazir Eldar Mahmudov da bu siyahıda ola bilər". Bu sözlər  ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik Arzu Nağıyev keçmiş nazir Eldar Mahmudov barəsində cinayət işi açılması haqda qərara bildirərkən deyib.

İldırım bir gecədə 31 nəfəri öldürdü

11 İyul 2017 11:17

Hindistanın Bihar əyalətində fərqli bölgələrə çox sayda ildırım düşüb. Bu təbiət hadisəsi 31 nəfərin həyatına son qoyub.

3-cü nişanlısından da ayrılan Azəriqızı Güneldən TƏSİRLİ SÖZLƏR

11 İyul 2017 11:14

Türkiyədə Azəriqızı ləqəbi ilə məşhurlaşan Günel Zeynallı atası Rəhman Zeynallının nə baş verməsindən asılı olmayaraq hər zaman onun arxasında dayandığını bildirib. Sosial şəbəkədə atası ilə şəklini paylaşan müğənni ona 58 yaşı tamam olması münasibətilə təsirli status yazıb: “Can atam, dağ atam hər zaman arxamdadır.

Qətər rəsmi açıqlama verdi: Təzminat ödəniləcək!

11 İyul 2017 11:12

Rəsmi Doha Qətərə yönəlik embarqonun zərər verdiyi şirkətlərin maddi ziyanını qarşılayacağını açıqlayıb. İqtisadi təcriddən ən çox əziyyət çəkən “Qətər Airveys” şirkətidir. İnşaat sektoru isə 2 milyard dollarlıq müqavilələr yerinə yetirilmədiyi üçün ziyana uğrayıb.

“Həyat sənəti təqlid edir”: Putin-Tramp görüşündən ən incə DETALLAR

11 İyul 2017 11:11

Mütəxəssislər ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin ilk görüşündə liderlərin bədən dillərini şərh ediblər. İki ölkənin liderlərinin ilk dəfə G20 zirvəsində bir araya gəlməsi dünya gündəminin əsas maraq dairəsini təşkil edib. Bununla bağlı olaraq görüş ən incə detallarına qədər müzakirə edilib.

Kənan Hacının yeni kitabı - "İki qadını ayıran pəncərə”

11 İyul 2017 10:41

Kənan Hacının yeni kitabı çap olunub. "Avanqard yayınları”ında nəşr edilən "İki qadını ayıran pəncərə” adlı kitabın redaktoru Səxavət Sahildir. Kitaba yazıçının son illərdə yazdığı hekayələr, eləcə də "Cəmdək” və "Siçovullar üçün darıxan gəmi” povestləri daxil edilib.

Türkan Şoray əməliyyat oldu

11 İyul 2017 10:35

“Selvi boylum, al yazmalım”, “Dila xanım”, “Devlerin aşkı” və  bir çox filmləri ilə  könüllərdə taxt quran Yeşilçamın əfsanəvi adı Türkan Şorayın gizlin əməliyyat olduğu bildirilir. “Olaylar” “Sözcü” - yə istinadən bildirir ki, aktrisa tutulduğu Cushing Sindromu səbəbiylə gizlin əməliyyat olub.  Daha öncədən Türkan Şoray uzun illərdir yaşadığı bu narahatlığın araşdırmalarla Cushing Sindromu olaraq diaqnoz edildiyini bildirmiş və əməliyyat olacağını açıqlamışdı. Xəstəlik səbəbiylə sürətlə aldığı kiloları verə bilməyən Türkan Şorayın adı gizli saxlanılan bir xəstəxanada əməliyyat olunduğunu və səhhətinin  yaxşı olduğu bildirilir.

Məşhur aktyor vəfat etdi

11 İyul 2017 10:13

Türk kinosunun korifey simalarından Fikrət Hakan həyatını itirib. Əsl adı Bumin Ğaffar Çıtanak olan Fikrət Hakan bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Dr. Lütfi Kırdar Kartal Təhsil və Araşdırma Xəstəxanasında gecə saat 2 radələrində həyatını itirən Fikrət Hakanın 83 yaşı var idi. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq korifey sənətkarın həyatını xilas etmək mümkün olmayıb. Alınan məlumatlara görə, həkimlər təxminən 2 saat onu həyata qaytarmaq üçün bütün səylərini ortaya qoyublar.

33 ton tibbi yardım göndərildi

11 İyul 2017 10:09

UNİCEF Yəmənə 33 ton tibbi yardım göndərib. Tibbi ləvazimat vəba xəstələrini müalicə etmək üçün göndərilib. UNİCEF-in Yəməndəki nümayəndəsi Məhəmməd əl Əsədi verdiyi açıqlamada vəba xəstələrinin müalicəsində istifadə ediləcək ləvazimatların epidemiyadan ən çox əziyyət çəkən bölgələrə göndəriləcəyini bildirib.