İranla turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın mədəniyyət və islami irşad nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezaminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
11 İyul 2017 11:32 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın mədəniyyət və islami irşad nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezaminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, nazir İranda Azərbaycan mədəniyyəti günlərinin yüksək səviyyədə təşkilinə görə nümayəndə heyətinin rəhbərinə təşəkkür məktubu təqdim edib. İki ölkə arasında mətbuat sahəsində bundan sonra da səmərəli fəaliyyətə ümidvar olduğunu vurğulayıb. Görüş zamanı iki ölkə arasında mədəniyyət, turizm və mətbuat sahəsində əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.