Məşhur aktyor vəfat etdi
Türk kinosunun korifey simalarından Fikrət Hakan həyatını itirib. Əsl adı Bumin Ğaffar Çıtanak olan Fikrət Hakan bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Dr. Lütfi Kırdar Kartal Təhsil və Araşdırma Xəstəxanasında gecə saat 2 radələrində həyatını itirən Fikrət Hakanın 83 yaşı var idi. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq korifey sənətkarın həyatını xilas etmək mümkün olmayıb. Alınan məlumatlara görə, həkimlər təxminən 2 saat onu həyata qaytarmaq üçün bütün səylərini ortaya qoyublar.
11 İyul 2017 10:13 DünyaTürk kinosunun korifey simalarından Fikrət Hakan həyatını itirib. Əsl adı Bumin Ğaffar Çıtanak olan Fikrət Hakan bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Dr. Lütfi Kırdar Kartal Təhsil və Araşdırma Xəstəxanasında gecə saat 2 radələrində həyatını itirən Fikrət Hakanın 83 yaşı var idi.
Həkimlərin bütün müdaxiləsinə baxmayaraq korifey sənətkarın həyatını xilas etmək mümkün olmayıb. Alınan məlumatlara görə, həkimlər təxminən 2 saat onu həyata qaytarmaq üçün bütün səylərini ortaya qoyublar.
Fikrət Hakan "Kayb olan yıllar", "Unutulmaz" kimi seriallarda əasa rolları canlandırıb.