Dəniz nəqliyyatından istifadə edən sərnişinlərin sayı artıb

Ötən ay “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmi çoxalıb. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, artım tendensiyası həm maye, həm də quru yüklərdə qeydə alınıb. Hesabat dövründə 1542 avtomaşının daşınıb. Bunlardan 682-si Ro-Ro, 859-u isə bərə daşımalarının payına düşür. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 146 ədəd çoxdur. Hesabata görə, ötən ay dəniz nəqliyyatı ilə 4200 vaqon daşınıb. Keçən ilin eyni dövründə həmin rəqəm 2758 olub. Sözügedən dövrdə ümumilikdə 348522 ton maye, 93463.3 ton quru yüklər daşınıb.

Ötən ay "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmi çoxalıb. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, artım tendensiyası həm maye, həm də quru yüklərdə qeydə alınıb. Hesabat dövründə 1542 avtomaşının daşınıb. Bunlardan 682-si Ro-Ro, 859-u isə bərə daşımalarının payına düşür. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 146 ədəd çoxdur. Hesabata görə, ötən ay dəniz nəqliyyatı ilə 4200 vaqon daşınıb. Keçən ilin eyni dövründə həmin rəqəm 2758 olub. Sözügedən dövrdə ümumilikdə 348522 ton maye, 93463.3 ton quru yüklər daşınıb.

2017-ci ilin iyununda dəniz nəqliyyatından istifadə edən sərnişinlərin sayında da artım baş verib. Belə ki, ay ərzində 1520 sərnişin daşınıb. Bu da ötən ilin eyni dövrünün göstəricilərinə görə, QSC-yə məxsus gəmilərdən 117 nəfər çox sərnişinin istifadə etdiyini göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31