Gündəm

Dünya Bankının nümayəndələri İSİM - də

11 İyul 2017 10:06

Dünya Bankının nümayəndələri – insan resurslarının inkişafı departamentinin mütəxəssisi İrina Quban (Moldova) və səhiyyə iqtisadiyyatı üzrə ekspert Olena Doroşenko (Ukrayna)  Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində  olublar. Nazirlikdən “Olaylar” – a bildirilıib ki, İSİM-in əməkdaşları ilə görüş keçirən xarici ekspertlər öz ölkələrində tütün məmulatlarına qoyulan vergilər barədə geniş təqdimatla çıxış ediblər, tütünlə mübarizə istiqamətində aparılan islahatlardan söz açıblar. Bildirildi ki, Dünya Bankı siqaretə vergi artırılmasının tətbiqinin tərəfdarıdır. Verginin tətbiqi büdcə daxilolmalarının da artmasına səbəb olur.

Görmə qabiliyyətini itirmiş 13 tələbə məzun oldu

11 İyul 2017 10:02

2014-ci ilin tədris ilində Bakı 1 nömrəli Tibb Kollecində gözdən əlillər üçün müalicə və idman metodisti şöbəsi açılmışdır. Kollecin direktoru, tibb elmləri doktoru, professor N.Mövsümovun sözlərinə görə, Gözdən Əlillər Cəmiyyətində masaj kursları təşkil edilir və kollecin müəllimləri də tədris üçün həmin kurslara dəvət olunurdu. Həmin kurslarda peşə hazırlığının səviyyəsini yüksəltmək, onlara masaj və tibb işini daha mükəmməl öyrətmək üçün kollecdə yeni şöbənin açılması təşəbbüsü ilə Səhiyyə Nazirliyinə müraciət olunub. Müraciətlər anlayışla qarşılanaraq belə bir fakültə açılıb. Qafqazda belə bir şöbə ilk dəfədir fəaliyyət göstərir. Şöbəyə birinci il 13, sonrakı illər isə 20 tələbə qəbul edilib. 2017-ci ilin buraxılış ilində istehsalat təcrübələrində özlərini ən yaxşı tərəfdən göstərən ilk peşəkar məzunlar tədrisi başa vurublar.

“Onlayn hava keyfiyyəti məlumatları” bölməsi yaradıldı

11 İyul 2017 09:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifəsində “Onlayn hava keyfiyyəti məlumatları” adlı yeni bölmə yaradılıb. Nazirlikdən “Olaylar” – a bildirilib ki, bölmədə onlayn rejimdə çalışan atmosfer havasının monitorinqi stansiyasından daxil olan məlumatların birbaşa yerləşdirilməsi və ictimaiyyət üçün açıq olması təmin edilib.  

Türkiyəli yazar məşhur modellə görüntüləndi

11 İyul 2017 09:54

Məşhur braziliyalı top model Adriana Lima türkiyəli yazıçı Metin Hara ilə sevgilidir. Cütülük dünən Bodrumd hava limanında birlikdə görüntülənib. Dünya şöhrtəli modelin VİP hissədən deyil, sadə sərnişinlərlə birlikdə digər çıxışdan çıxması diqqət çəkib. Jurnalistlərin onları çəkməsinə əhəmiyyət verməyən cütlük avtomobilə minib qalacaqları otelə yollanıblar. Adriana Limanın Bodrum şəhər mərkəzinə daxil olduqdan sonra mətbuat nümayəndələrinin onları təqib etməsinə əsəbiləşib. Lima sürücüsünə mətbuat nümayəndələrinə yolu itirməyi tapşırığı verib. Sürücü Göltürkbükü, Gündoğan və Yalıkavak məhəllələrində beş dəfə fırlanıb. Daha sonra mətbuat nümayəndələrini keçməyə çalışan sürücü qırmızı işıqlarda da dayanmayıb. Onlar  iki gün Bodrumda qaldıqdan sonra Gökova Körfəzi və Yunanıstan adalarını əhatə edən dəniz səyahətinı çıxmağı planlaşdırıb.

ABŞ-da  Azərbaycan və regionun strateji əhəmiyyəti müzakirə edildi

11 İyul 2017 09:46

 İyulun 10 – da Vaşinqton şəhərində hazırda nüfuzlu düşüncə mərkəzi olan “İrs Fondu”nda (Heritage Foundation) “Təhlükəsizlik və İqtisadi İnkişaf: İpək Yolu və Xəzər” mövzusunda tədbir keçirilmişdir. Azərbaycanın Amerikadakı səfirliyindən “Olaylar” – a bildirilib ki, tədbirdə ABŞ administrasiyasının rəsmiləri, Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, çoxsaylı düşüncə mərkəzlərinin əməkdaşları və müxtəlif ekspertlər iştirak etmişdir. Tədbiri giriş sözü ilə açmış İrs Fondunun vitse-prezidenti Ceyms Karafano tədbirin əhəmiyyətini vurğuladı. Bundan sonra çıxış edən Ağ Evin Mərkəzi Asiya üzrə direktoru David Qambl regionun əhəmiyyətini qeyd edərək və ölkəsinin əməkdaşlığı irəli aparmaqda maraqlı olduğunu bildirdi. O, geniş əməkdaşlıq imkanlarından danışaraq əsasən iki istiqaməti vurğulamışdır: təhlükəsizlik və iqtisadi əməkdaşlıq. D.Qambl ABŞ-ın regionla daha çox iqtisadi əməkdaşlığı üçün zamanın yetişdiyini qeyd etdi.

Dünyanın ən yaşlı begemotu öldü - 65 yaşında

10 İyul 2017 20:20

Filippinin paytaxtı Manila zooparkında dünyanın ən yaşlı begemotu ölüb. Berta adlı dişi begemot 65 yaşında ölüb. 2,5 tonluq begemot 1959-cu ildən zooparkda yaşayırmış.

Süd məhsulları artıq çəkinin azalmasına kömək edir

10 İyul 2017 20:05

ABŞ alimlərinə görə, süd məhsulları baş beynin fəaliyyətinə müsbət təsir göstərir. Bunu 900 nəfərin üzərində aparılan tədqiqatların nəticələri də sübut edir. Məlum olub ki, süd məhsullarının tərkibindəki D vitamini, zərdab proteini, maqnezium və kalsium artıq çəkinin azalmasına müsbət təsir göstərir, diabet riskini aradan qaldırır. Alimlərə yaddaşı möhkəmləndirən daha beş məhsul məlumdur.

Stress və mənfi düşüncələr tərləməyə səbəb olur

10 İyul 2017 19:55

Alimlərin fikrincə, xüsusən yay aylarında tərləmə və pis qoxu ətrafdakıları narahat edir. Bəzən isə çox tərləyən insan bunun fərqinə belə varmır. Bəs tərləmənin və pis qoxunun qarşısını necə almaq olar?

Yerində deyilən zarafat min dərmandan güclüdür...

10 İyul 2017 19:50

Yeni Cənubi Uels Universitetinin əməkdaşları təsdiq edirlər ki, gülüş kəmağıllıqdan əziyyət çəkən yaşlı insanlar üçün əla vasitədir. Gülüş, dərmanlar kimi, kənar təsirlər doğurmadan belə xəstələrin vəziyyətini yaxşılaşdıra bilər. Tədqiqatçıların fikrincə, bir neçə dəqiqəlik gülüş antipsixotik preparatları əvəz edir.

Çoxlu meyvə-tərəvəz yeyin, genetik xəstəliklər sizdən uzaq olsun!

10 İyul 2017 19:43

Alimlərə görə, düzgün qidalanma insana sağlam ürək bəxş edir, hətta əgər genetik təhlil onda ürək-damar xəstəlikləri riskinin yüksək olduğunu aşkara çıxarsa belə. MEDdaily xəbər verir ki, ekspertlər beş müxtəlif etnik qrupa aid olan 27 min insanın vəziyyətini öyrəniblər. Bu, 9p21 geninin yayılmış variasiyası (ürək xəstəliklərinin inkişafı) ilə sağlam qidalanmanın müsbət xassələri arasında əlaqəni başkara çıxarmağa imkan verib.

ABŞ alimləri: Şirniyyatdan imtina edənlər özlərinə böyük ziyan vururlar

10 İyul 2017 19:38

ABŞ alimlərinə görə, şirniyyatdan imtina edənlər özlərinə çox böyük ziyan vururlar. Mütəxəssislər silsilə tədqiqatlar apararaq sübut ediblər ki, şəkər orqanizmdə təcavüzkarlıq və stress göstəricisini aşağı sala bilir.

Mikroblar insanı kökəldir?

10 İyul 2017 19:33

Əgər iştahınız güclənirsə və şirniyyatı çox yeyirsinizsə, bunun səbəbkarları mədə-barısaq sistemindəki mikroblardır. Onlar insanın yediyi qidanın həcminə təsir edirlər. Belə ki, hələ 2006-cı ildə alimlər kök laboratoriya siçanlarının bağırsaqlarındakı mikrobların arıq siçovullarla müqayisədə fərqli olduğunu sübut etmişdilər.

“Ağıllı” “Lightank W100” proyektoru satışa çıxarılıb

10 İyul 2017 19:28

Mahiyyət etibarilə fərdi kompüter rolunu oynayan qeyri-adi “Lightank W100” proyektorunun satışlarına başlanılıb.

“3D” virtual reallıq proqramı yaradılıb- VİDEO

10 İyul 2017 19:23

“Google” şirkəti istifadəçilərə üçölçülü “Google – Blocks” virtual reallıq redaktorunu təqdim edib. İstifadəçilərə virtual dünya qurmağa imkan verəcək proqramın iş prinsipi “Rubik kubiki” oyununa bənzəyir.  

Virtual reallıq fiziki dünyaya nüfuz edir

10 İyul 2017 19:18

"Ericsson ConsumerLab” tədqiqat bölməsində çalışan ekspertlərin qənaətinə görə, virtual (VR) və artırılmış (AR) reallıqların ən müxtəlif sahələrdə aktiv tətbiqi "birləşdirilmiş reallığ”ı (“merged reality”) formalaşdırır. “Birləşdirilmiş reallıq”da artırılmış, virtual və fiziki dünyalar arasındakı sərhədlər yoxa çıxır.