ABŞ alimləri: Şirniyyatdan imtina edənlər özlərinə böyük ziyan vururlar

ABŞ alimlərinə görə, şirniyyatdan imtina edənlər özlərinə çox böyük ziyan vururlar. Mütəxəssislər silsilə tədqiqatlar apararaq sübut ediblər ki, şəkər orqanizmdə təcavüzkarlıq və stress göstəricisini aşağı sala bilir.

Eksperimentdə iştirak edən könüllülər əvvəlcə tərkibində şəkər əvəzedicisi və ya şəkər olan limonad içərək, sonra stress doğuran müxtəlif tapşırıqları yerinə yetiriblər. Alimlər nitq hazırlamaq tapşırığını yerinə yetirmiş bəzi könüllüləri özlərindən çıxarmağa cəhd göstəriblər, onlara çıxışlarının çox maraqsız və darıxdırıcı olduğunu söyləyiblər. Şirin limonad içənlər o qədər də həyəcanlanmamış və narazılıqlara, iradlara az diqqət yetirmişlər.

Tədqiqatın müəllifləri məqalələrində bildiriblər ki, beynin öz icra funksiyalarını həyata keçirməsi üçün, habelə insanın bu və ya digər hərəkətlərinə nəzarət etməsi üçün qlükozaya ehtiyacı vardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31