Süd məhsulları artıq çəkinin azalmasına kömək edir
ABŞ alimlərinə görə, süd məhsulları baş beynin fəaliyyətinə müsbət təsir göstərir. Bunu 900 nəfərin üzərində aparılan tədqiqatların nəticələri də sübut edir. Məlum olub ki, süd məhsullarının tərkibindəki D vitamini, zərdab proteini, maqnezium və kalsium artıq çəkinin azalmasına müsbət təsir göstərir, diabet riskini aradan qaldırır. Alimlərə yaddaşı möhkəmləndirən daha beş məhsul məlumdur.
10 İyul 2017 20:05 DünyaABŞ alimlərinə görə, süd məhsulları baş beynin fəaliyyətinə müsbət təsir göstərir. Bunu 900 nəfərin üzərində aparılan tədqiqatların nəticələri də sübut edir. Məlum olub ki, süd məhsullarının tərkibindəki D vitamini, zərdab proteini, maqnezium və kalsium artıq çəkinin azalmasına müsbət təsir göstərir, diabet riskini aradan qaldırır. Alimlərə yaddaşı möhkəmləndirən daha beş məhsul məlumdur.
Bal informasiyanı mənimsəyib yadda saxlamağa kömək edir, həyəcan və narahatlıq hissini azaldır. Qarabaşağın tərkibi asan həzm olunan dəmirlə zəngin olduğu üçün diqqəti artırır. Bundan əlavə, dəmirin miqdarı alma, nar, qara çörək və qaraciyərin tərkibində də yüksəkdir.
Bərk pendir sinir ucluqlarının fəallığını saxlayır, lazım gəldikdə onları boşaldır. Dəniz və balıq məhsulları orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, xolesterini əridir. Balığın tərkibindəki maddələr baş beyin damarlarını fəallaşdırır. Zəncəfil insanın hətta ən xırda damarlarının da qan dövranını yaxşılaşdırır.