Yerində deyilən zarafat min dərmandan güclüdür...
Yeni Cənubi Uels Universitetinin əməkdaşları təsdiq edirlər ki, gülüş kəmağıllıqdan əziyyət çəkən yaşlı insanlar üçün əla vasitədir. Gülüş, dərmanlar kimi, kənar təsirlər doğurmadan belə xəstələrin vəziyyətini yaxşılaşdıra bilər. Tədqiqatçıların fikrincə, bir neçə dəqiqəlik gülüş antipsixotik preparatları əvəz edir.
10 İyul 2017 19:50 SosialYeni Cənubi Uels Universitetinin əməkdaşları təsdiq edirlər ki, gülüş kəmağıllıqdan əziyyət çəkən yaşlı insanlar üçün əla vasitədir. Gülüş, dərmanlar kimi, kənar təsirlər doğurmadan belə xəstələrin vəziyyətini yaxşılaşdıra bilər. Tədqiqatçıların fikrincə, bir neçə dəqiqəlik gülüş antipsixotik preparatları əvəz edir.
Gülüş terapiyasını sınaqdan çıxarmış psixoloq 36 qocalar evinin 400 sakinindən bir qrupu üzərində apardığı müşahidələr əsasında belə qənaətə gəlib. Məlum olub ki, bu işdə iştirak edən Jan-Pol Bell gülüşlə müalicə seansları apararkən oyunlardan, zarafatlardan və mahnılardan istifadə edib. Məlum olub ki, belə münasibət insanlarda oyanıqlıq dərəcəsini 20 faiz aşağı salmağa imkan verib.
Araşdırmanın rəhbəri, Universitetin nəzdindəki psixatriya məktəbində çalışan Li-Fey Lou qeyd edib ki, bu nəticə cüzi görünə bilər, lakin adətən bipolyar pozğunluğun və şizofreniyanın müalicəsi üçün istifadə edilən preparatlar da eyni nəticələri verir. Həmçinin qeyd etmək lazımdır ki, belə münasibət nəticəsində nəinki xəstələrin, həm də tibb işçilərinin vəziyyəti yaxşılaşıb.