“3D” virtual reallıq proqramı yaradılıb- VİDEO

“Google” şirkəti istifadəçilərə üçölçülü “Google – Blocks” virtual reallıq redaktorunu təqdim edib. İstifadəçilərə virtual dünya qurmağa imkan verəcək proqramın iş prinsipi “Rubik kubiki” oyununa bənzəyir.  

"Google" şirkəti istifadəçilərə üçölçülü "Google - Blocks" virtual reallıq redaktorunu təqdim edib. İstifadəçilərə virtual dünya qurmağa imkan verəcək proqramın iş prinsipi "Rubik kubiki" oyununa bənzəyir.  
Məlumata görə, ondan istifadə çox asandır. İstifadəçi ayrı-ayrı bloklar vasitəsilə virtual dünyasını yaradır və ya mövcud olanları redaktə edir. Həmçinin, proqramın yüklənilməsi pulsuzdur. "Google - Blocks" proqramından istifadə etməklə obyektləri rəngləmək, onların formasını və ya yerlərini dəyişdirmək mümkün olacaq.  Proqramçılar ümid edir ki, "3D" redaktor təşəkkül taparaq istifadəçilərin bütün arzularını həyata keçirəcək. "ICTnews" Elektron Xəbər Xidməti "Hi-Tech" resursuna istinadən xəbər verir.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31