Gündəm

6 saatdan az yatanlar kökəlməyə meyllidir

10 İyul 2017 19:13

Kanadada araşdırma aparılan Jean-Philippe Chaput və Angelo Tremblay 6 saatdan az yatanların kökəlməyə daha meylli olduğunu deyirlər. Kanada Tibb Dərnəyinin jurnalında nümayiş olunan araşdırma, az yatmağın aclıq hissini artırdığını və iştaha nəzarət edən leptin, grelin və kortizol hormonlarının ifraz olunmasına mənfi təsir etdiyini, bu səbəbdən də az yatanların kökəldiyini göstərib. Araşdırmaçılar artıq çəkidən xilas olmaq istəyənlərə dieta siyahıları və idmanla birlikdə, yaxşı yuxunu da təklif etdiklərini deyirlər.

“Wi-Fi” çiplərində aşkar edilmiş təhlükəli boşluq milyonlarla qurğunu təhlükə altına qoyur

10 İyul 2017 19:10

Kompüter təhlükəsizliyi üzrə mütəxəssis Nitay Artenşteyn “iOS” və “Android” sistemləri ilə işləyən qurğularda istifadəçidən xəbərsiz ixtiyari  kodu yerinə yetirməyə imkan verən “Broadpwn” adlandırılmış təhlükəli boşluq aşkar edib.

Saatlıda zəlzələ

10 İyul 2017 19:05

Saatlıda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün yerli vaxtla saat 17:34-də Saatlıdan 23 km cənub-şərqdə, Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

5 il sonra yenidən evləndilər

10 İyul 2017 19:05

Qızlarıyla Amerikaya tətilə yollannan aktyor Haluk Bilginerlə müğənni Aşkın Nur Yengi ayrıldıqdan 5 il sonra yenidən evləniblər.  2012-ci ildə boşanan cütlük bir araya gəlib. Bir müddət aktrisa Zerrin Tekindorla münasibətdə olan Haluk onunla ayrıldıqdan sonra Aşkına qayıdıb. 

Oğlunun arvadını zorladı - "Atam və gəlinimizi o halda görüncə..."

10 İyul 2017 19:00

Kayseridə dəhşətli qətlin iştirakçısı olan Osman Tüzenə hökm oxunub.  Bacısına, qardaşı arvadına və xalasına təcavüz etdiyi iddiasıyla atası 50 yaşlı Ömər Tüzeni tüfənglə vuraraq öldürməkdən mühakimə olunan 26 yaşlı Osman 16 il 8 ay azadlıqdan məhrum edilib.

Alimlər beyin silkələnməsini aşkar edən mobil proqram yaradıblar

10 İyul 2017 19:00

ABŞ-dan olan mütəxəssislər tərəfindən yaradılmış mobil proqram insanda beyin silkələnməsini aşkar etməyə imkan verəcək. Proqnozlara görə, ən yeni diaqnostikanın dəqiqliyi 98% təşkil edə bilər.

"Türk axını": Avropanın enerji təhlükəsizliyi və geosiyasi maraqlar kontekstində

10 İyul 2017 18:58

Rusiyanın dövlət başçısı Vladimir Putin iyun ayının sonlarında "Türk axını" layihəsinin reallaşmasının növbəti mərhələsinin startını verdi. O, Anapada gəmidə düyməni basaraq "irəli" dedi. Bu, "Türk axını" layihəsinin dənizin dibi ilə çəkilişinin başlaması deməkdir. Mütəxəssislər hesab edirlər ki, bu proses uğurla başa çatacaq.

İsveç Azərbaycanlıları Konqresindən Alxanlı faciəsi ilə bağlı MÜRACİƏT

10 İyul 2017 18:57

İsveç Azərbaycanlıları Konqresi iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və nənəsi 50 yaşlı Sahibə Quliyevanın həlak olması ilə bağlı İsveç Krallığında Resytaqa, parlament üzvlərinə, Baş nazirə, Xarici İşlər Departamentinə, jurnalistlər birliyi olan - Svenska Pen təşkilatına müraciət edib.

Tərbiyəni genlər müəyyənləşdirir?

10 İyul 2017 18:55

ABŞ-dakı Buffalo və Kaliforniya universitetlərinin alimləri təmaslarla ünsiyyətdə başqaları ilə müqayisədə daha xoş olan insanların adi fərdlərdən fərqlərini araşdırmaq qərarına gəliblər. Bunun üçün onlar respondentlər arasında sorğu keçirərək onlara "İnsanlar mahiyyət etibarilə pis, yoxsa yaxşıdır?", "Qan verərək donorluq edirsiniz?" və s. suallar veriblər.

"Neftçi"nin sabiq futbolçusu Qazaxıstan klubunda

10 İyul 2017 18:50

Ötən mvsümün gedişində "Neftçi"dən qovulan Vançe Şikov özünə yeni komanda tapıb. Makedoniyalı futbolçu karyerasını Qazaxıstanda davam etdirəcək. Şikov "Tobol" klubu ilə müqavilə imzalayıb.

"Fənərbağça" prezidentindən Qətərə dəstək

10 İyul 2017 18:45

"Fənərbağça"nın prezidenti Aziz Yıldırım Qətərin Türkiyədəki səfiri Salim Mübarək əl-Şafi ilə bir araya gəlib. Yıldırım Qətər əmiri Təmim bin Hamad əl-Saninin adı və surətinin əks olunduğu formanı geyməklə bu ölkəyə dəstəyini göstərib. Formanın original variantından "Fənərbağça" yeni mövsümdə istifadə edəcək. Bu foto səfirliyin Twitter hesabından paylaşılıb.

İspaniyada çılpaq gəzməyə və daha nələrə görə cərimə tətbiq olunacaq?

10 İyul 2017 18:41

İspaniyanın cənub-şərqindəki San-Pedro-del-Pinatar kurortunun rəhbərliyi küçədə çılpaq şəkildə gəzməyə görə cərimə tətbiq edəcəyini bildirib. Bundan başqa cərimələr uyğun olmayan yerlərdə, xüsusilə də dənizdə təbii ehtiyacların ödənilməsinə, sahil kənarında topla oynamaq, kabab bişirməyə görə də tətbiq olunacaq.

Meksika millisinin qapıçısı "Standard"da

10 İyul 2017 18:40

Meksika millisinin qapıçısı Qilyermo Oçoa karyerasını Belçikada davam etdirəcək.  "Malaga" ilə müqaviləsi başa çatan qolkiper "Standard"la anlaşıb. Lyej klubu ilə təcrübəli qapıçının imzaladığı müqavilənin müddəti açıqlanmır.

Xilas etmək istədi, qanına qəltan oldu - VİDEO

10 İyul 2017 18:35

Balıqçı toruna düşmüş pələng köpəkbalığını xilas etmək istəyən iki balıqçı yırtıcıya yaxınlaşmışdı. Onlardan biri 1,4 metr uzunluğundakı köpəkbalığını quyruğundan tutub dartıb, tordan qurtarmağa çalışıb. Lakin yırtıcı onu dişləyib.

“Windows”-un məşhur mənzərəsinin son halı görənləri şoka saldı

10 İyul 2017 18:27

"Microsoft Windows XP" sayəsində 1 milyard kompüterdə divar kağızı kimi istifadə edilən fotonun son halı görənləri təəccüb içində qoyub. Son görüntülərdə yamyaşıl tarlanın yerini saralmış otların tutduğu əks olunub. 1988-ci ildə Çarlez Orear tərəfindən çəkilən foto internetdə ən çox görüntülənən fotolar arasında yer alıb. Bill Geyts tərəfindən satın alınan bu foto ABŞ-ın Kaliforniya ştatında Sonoma Kauntidə çəkilib.