“Wi-Fi” çiplərində aşkar edilmiş təhlükəli boşluq milyonlarla qurğunu təhlükə altına qoyur

Kompüter təhlükəsizliyi üzrə mütəxəssis Nitay Artenşteyn “iOS” və “Android” sistemləri ilə işləyən qurğularda istifadəçidən xəbərsiz ixtiyari  kodu yerinə yetirməyə imkan verən “Broadpwn” adlandırılmış təhlükəli boşluq aşkar edib.

Kompüter təhlükəsizliyi üzrə mütəxəssis Nitay Artenşteyn "iOS" və "Android" sistemləri ilə işləyən qurğularda istifadəçidən xəbərsiz ixtiyari  kodu yerinə yetirməyə imkan verən "Broadpwn" adlandırılmış təhlükəli boşluq aşkar edib. Məlumata görə, problem smartfonlara qurulmuş "Broadcom" şirkətinin "Wi-Fi" çipləri ilə bağlıdır. Artenşteyn artıq bu barədə "Google" şirkətini xəbərdar edib və şirkət 5 iyul tarixində "Android" sistemi üçün müntəzəm yeniləmələr çərçivəsində düzəliş çıxarıb. Ekspertin sözlərinə görə, aşkarlanmış problem simsiz rabitə üçün "Broadcom BCM43xx" seriyasına məxsus çiplərdən istifadə edən milyonlarla "Android" və "iOS" sistemli qurğuları təhlükə altında qoyur. Artenşteyn boşluq haqda bütün təfərrüatları açıqlamayıb və avqustda Las-Veqasda keçiriləcək "Black Hat USA" konfransında "Broadpwn" haqda hesabat təqdim etmək niyyətindədir. Hücumun uğurla həyata keçirilməsi üçün istifadəçinin iştirakı tələb olunmur: qurbanın zərərverici "Wi-Fi" şəbəkəsinin əhatə zonasında olması kifayətdir. "ICTnews" Elektron Xəbər Xidməti "macdigger.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31